AZAL “Great Place to Work” sertifikatı ilə təltif olundu

AZCON Holding şirkətlərindən olan Azərbaycan Hava Yolları ilk dəfə beynəlxalq nüfuza malik “Great Place to Work” sertifikatına layiq görülüb. Bu sertifikat şirkətin əməkdaş təcrübəsi və təşkilati mədəniyyət sahəsində beynəlxalq səviyyədə tanınan standartlara cavab verdiyini təsdiqləyir.
“Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən Avtosfer.az-a verilən məlumata görə, “Great Place to Work®” sertifikatı əməkdaşların anonim rəyləri əsasında aparılan müstəqil qiymətləndirmənin nəticələrinə əsasən təqdim edilir və iş yeri mədəniyyəti, rəhbərliyə etimad, əməkdaş məmnuniyyəti, inklüzivlik və insan mərkəzli idarəetmə prinsiplərinin beynəlxalq səviyyədə tanınan göstəricilərindən hesab olunur. Qiymətləndirmənin nəticələrinə əsasən, sorğuda iştirak edən Azərbaycan Hava Yolları əməkdaşlarının təxminən 80 faizi şirkəti işləmək üçün etibarlı və müsbət iş mühiti kimi qiymətləndirib.
Milli aviadaşıyıcı insan kapitalını strateji inkişaf istiqamətlərindən biri kimi müəyyən edib və bu sahəyə ardıcıl investisiya yatırır. Şirkət əməkdaşların peşəkar inkişafının dəstəklənməsi, davamlı təlim və inkişaf imkanlarının genişləndirilməsi, bərabər imkanlar yaradan sağlam iş mühitinin təşviqi, eləcə də müasir idarəetmə yanaşmalarının tətbiqi istiqamətində fəaliyyətini ardıcıl şəkildə davam etdirir.
“Bu sertifikat bizim üçün xüsusi əhəmiyyət daşıyır, çünki birbaşa əməkdaşlarımızın rəylərinə əsaslanır. Bu nəticə Azərbaycan Hava Yollarında etimada əsaslanan iş mühitinin və insan kapitalının inkişafına verdiyimiz önəmin beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Qarşıdakı dövrdə də əməkdaşlarımız üçün inkişaf imkanlarını genişləndirməyə və müasir, inklüziv iş mühitini daha da gücləndirməyə davam edəcəyik”, – deyə Azərbaycan Hava Yollarının insan resursları direktoru Ellada Alışova bildirib.
İlk dəfə əldə olunan “Great Place to Work” sertifikatı Azərbaycan Hava Yollarının insan kapitalının inkişafına yönəlmiş uzunmüddətli strategiyasının beynəlxalq səviyyədə tanınmasının göstəricisidir. Bu nəticə şirkətin etibarlı işəgötürən kimi mövqeyini möhkəmləndirməklə yanaşı, insan resurslarının inkişafına və əməkdaş məmnuniyyətinə verdiyi önəmi də bir daha təsdiqləyir.
Şimali Kiprdə gəmi qəzası ilə bağlı saxlanılan Azərbaycan vətəndaşlarının həbs müddəti uzadıldı
Xətai rayonunda 3 küçədə nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq
Avtobusda musiqi: Sürücünün zövqü, yoxsa sərnişin istəyi? - VİDEO
Bu cür “oyuncaq maşınları” harada sürmək olar? EKSPERTDƏN AÇIQLAMA - VİDEO
Daha bir ekspres marşrut xətti AÇILIR
700 manat beh verib avtomobilini aldılar, qalan məbləği ödəmədilər - VİDEO
Bu yolda hərəkət məhdudlaşdırıldı: Sıxlıq yarandı - VİDEO
Bu xanım Agentliyə şöbə müdiri təyin edildi - FOTO
AYNA bəzi istiqamətlərdə müntəzəm avtobus marşrutlarını müsabiqəyə çıxarır
İlham Əliyev Fərman İMZALADI
Generalın zabit yoldaşları ilə NADİR FOTOSU yayıldı - FOTO










