AZAL Gürcüstana ən çox sərnişin daşıyan aviaşirkətlərin siyahısında ilk onluqdadır

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Gürcüstana ən çox sərnişin daşıyan aviaşirkətlər arasında ilk altılığa daxil olub.
Avtosfer.az xəbər verir ki, bu barədə məlumat Gürcüstan Mülki Aviasiya Agentliyi 2025-ci ilin doqquz ayına dair hesabatında yer alıb.
Bildirilib ki, AZAL 2025-ci ilin ilk doqquz ayında 358 min 291 sərnişin daşıyaraq ümumi bazarın 6 faizini təşkil edib. Agentliyin məlumatına görə, ölkənin hava limanlarında sərnişin axını 14 faiz, uçuşların sayı isə 18 faiz artıb.
Yanvar-sentyabr ayları ərzində Gürcüstanın hava limanları ümumilikdə 6 milyon 489 min 755 sərnişinə xidmət göstərib. 2024-cü ilin eyni dövründə bu rəqəm 5 milyon 682 min 304 nəfər təşkil edib. Məlumatda qeyd olunur ki, Gürcüstana sərnişin daşıyan aviaşirkətlərin siyahısında “Wizz Air” 1 milyon 65 min 618 sərnişinlə ilk yeri tutaraq 17 faiz bazar payına sahib olub. Onu “Georgian Airways” (8 faiz), “Türk Hava Yolları” (7 faiz), “Pegasus Airlines” (7 faiz), “Red Wings” (6 faiz) və AZAL (6 faiz) izləyib.
Mülki Aviasiya Agentliyinin məlumatına görə, ilin ilk doqquz ayında Gürcüstan hava məkanından istifadə edən uçuşların ümumi sayı 229 min 972 olub. Hava yolu ilə yükdaşıma həcmi isə 50 faiz artaraq 25,9 milyon tona çatıb.(report)
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












