AZAL Gürcüstana giriş zamanı tibbi sığorta tələbini yenidən xatırladır

Azərbaycanın milli aviadaşıyıcısı AZAL Gürcüstana səfər etməyi planlaşdıran sərnişinlərə ölkəyə giriş zamanı qüvvədə olan tələblər barədə yenidən xatırlatma edir.
Avtosfer.az xəbər verir ki, bu barədə "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin Mətbuat Xidməti məlumat yayıb.
2026-cı il yanvarın 1-dən etibarən Gürcüstana daxil olan bütün xarici vətəndaşlar üçün tibbi sığorta polisinin mövcudluğu ilə bağlı tələb qüvvəyə minib. Bu tələb Gürcüstana turizm, işgüzar və ya tranzit məqsədilə səfər edən sərnişinlərə şamil olunur.
Qaydalara əsasən, Gürcüstana səfər edən xarici vətəndaşlar ölkədə olduqları müddət ərzində - giriş tarixindən çıxış tarixinədək qüvvədə olan tibbi sığorta və bədbəxt hadisələrdən sığorta polisi ilə təmin olunmalıdırlar. Sığorta təminatının minimum məbləği 30 000 gürcü larisi təşkil etməlidir.
Sığorta polisi Gürcüstanın və ya xarici ölkələrin sığorta şirkətləri tərəfindən rəsmiləşdirilə bilər. Sənəd elektron və ya kağız formatında təqdim olunmalı, gürcü və ya ingilis dilində tərtib edilməlidir.
Aviaşirkət sərnişinlərə cərimələrin, gecikmələrin və ya əlavə prosedurların qarşısını almaq üçün tibbi sığortanı uçuşdan öncə rəsmiləşdirməyi tövsiyə edir.
AZAL bildirir ki, reysə qeydiyyat zamanı sərnişinlərin sığorta polisinin yoxlanılması yalnız ölkəyə giriş qaydaları barədə öncədən məlumatlandırma məqsədini daşıyır.
Yeni tələb Gürcüstanın "Turizm haqqında" Qanunu və Gürcüstan hökumətinin "Gürcüstana gələn turistlərin icbari sağlamlıq və bədbəxt hadisələrdən sığorta qaydaları və şərtlərinin təsdiq edilməsi haqqında" qərarına əsasən tətbiq edilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












