AZAL-ın karqo gəlirləri son 4 ildə 3 dəfədən çox artıb

"Azərbaycan Hava Yolları" QSC (AZAL) 2022-2025-ci illər ərzində karqo gəlirləri 211 %, daşınan yüklərin həcmi isə 170 % artıb.
Avtosfer.az xəbər verir ki, bu barədə "Report"un sorğusuna cavab olaraq Heydər Əliyev Beynəlxalq Aeroportundan bildirilib.
Qeyd edilib ki, AZAL son illərdə yük daşımalarının inkişafını prioritet istiqamətlərdən biri kimi müəyyən edib və bu sahədə davamlı artım qeydə alınıb.
"Gəlir artımının yük həcmi artımını üstələməsi kommersiya fəaliyyətinin gücləndirilməsi, qiymət intizamının və gəlir idarəetməsinin təkmilləşdirilməsi ilə bağlıdır. Bu, yük daşımalarının artıq struktur və sistemli şəkildə inkişaf etdiyini göstərir", - məlumatda vurğulanıb.
Bildirilib ki, son illərdə 30-dan artıq strateji kommersiya müqaviləsi imzalanıb, AZAL-ın icra etdiyi bütün istiqamətlər üzrə yük satışları genişləndirilib və şəbəkə üzrə tam kommersiya əhatəliliyi təmin olunub: "Eyni zamanda şəbəkənin monetizasiyası və bazar penetrasiyası gücləndirilib ki, bu da karqo seqmentinin gəlir yaradan istiqamət kimi mövqeyini möhkəmləndirib. Hazırda rəqəmsallaşma layihələri həyata keçirilir, yeni rezervasiya sistemlərinə keçid istiqamətində işlər aparılır ki, bu da əməliyyat effektivliyinin artırılmasına və müştəri xidmətlərinin daha da təkmilləşdirilməsinə xidmət edəcək. AZAL qarşıdakı dövrdə də yük daşımalarının payının artırılmasını və bu istiqamətin dayanıqlı gəlir mənbəyi kimi inkişafını davam etdirməyi hədəfləyir".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












