AZAL-ın qəzaya uğramış təyyarəsi ilə bağlı sığorta ödənişləri açıqlandı - VİDEO

"Əslində Rusiya Xarici İşlər Nazirliyinin açıqlaması manipulyasiya və həqiqətlərin təhrifidir".
Avtosfer.az xəbər verir ki, bu fikirlər Musavat.com-un Rusiya XİN-in 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) təyyarəsinin qəzaya uğraması ilə bağlı Rusiya tərəfindən sığorta vəsaitinin ödənilməsi barədə yaydığı məlumata şərhində bildirilib:
"Sözügedən ödənişlər AZAL təyyarəsinin qəzasına görə Rusiya dövlətinin verdiyi kompensasiya deyil, sərnişinlərin fərdi sığorta müqavilələri əsasında ödənilən məbləğlərdir. Fakt odur ki, Rusiya qəzanın məsuliyyətini qəbul etməyib və birbaşa faciə üzrə kompensasiya ödəməyib. Yəni ödənişlərin qaynağı sərnişinlərin şəxsi, təyyarənin isə korporativ sığortasıdır. Buna görə də Rusiya XİN-in "1 milyardlıq sığorta ödənişi" açıqlaması sadəcə saxta görüntü yaratmaq və məsuliyyəti gizlətmək məqsədi daşıyır. Ekspertlər bunu Kremlin tipik informasiya təbliğatı kimi qiymətləndirir, faciədən siyasi məqsədlərlə istifadə etmək və ictimai rəyi çaşdırmaq cəhdi adlandırırlar",- deyə əlavə edilib
.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












