AZAL-ın təyyarə qəzasının təhqiqatı ilə bağlı məlumatlar dekabrda açıqlanacaq

Qazaxıstan hakimiyyəti 2025-ci ilin sonuna qədər Aktau hava limanı yaxınlığında qəzaya uğrayan Azərbaycan Hava Yolları (AZAL) təyyarəsinin təhqiqatı ilə bağlı məlumat verəcək.
Avtosfer.az xəbər verir ki, bu barədə Qazaxıstanın nəqliyyat nazirinin müavini Maksat Kaliakparov jurnalistlərlə keçirdiyi brifinqdə məlumat verib.
Onun sözlərinə görə, qəza ilə bağlı araşdırmalar davam edir, kompleks məhkəmə-tibbi ekspertizaları aparılır. Kaliakparov qeyd edib ki, iş mürəkkəbdir. Nazir müavininin sözlərinə görə, araşdırma başa çatdıqdan sonra, əvvəlki kimi, tam hesabat da aidiyyəti tərəflərə təqdim olunacaq. Lakin o, konkret tarix deyə bilməyib.
Xatırladaq ki, AZAL-a məxsus Bakı-Qroznı aviareysini həyata keçirən sərnişin təyyarəsi ötən il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 37-si Azərbaycan, 16-sı Rusiya, 6-sı Qazaxıstan və 3-ü Qırğızıstan vətəndaşı olmaqla 62 sərnişin, həmçinin 5 nəfər ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, üç uşaq daxil olmaqla 29 nəfər sağ qalıb./unikal
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












