AZAL istifadəçilərinə yeni üstünlük: milləri indi Bolt gedişlərinə dəyişmək mümkündür - FOTO

Azərbaycan Hava Yolları (AZAL) və Bolt Business arasında imzalanmış yeni razılaşma çərçivəsində AZAL Miles proqramının iştirakçıları topladıqları milləri Bolt gedişlərinə çevirərək endirimli yolculuq sifariş edə biləcəklər.
Avtosfer.az xəbər verir ki, bu istifadəçilərə gündəlik mobillikdə daha çox çeviklik və əlavə üstünlüklər təqdim edir.
Salman Babazadə, Bolt Business Azerbaijan-ın Baş Meneceri bildirir:
“AZAL ilə əməkdaşlıq bizim üçün strateji əhəmiyyət daşıyır. Bu tərəfdaşlıq sayəsində istifadəçilərə həm biznes səyahətlərində, həm də gündəlik mobillikdə əlavə üstünlüklər təqdim edirik. Məqsədimiz Azərbaycanın mobillik ekosistemini daha rahat, çevik və əlçatan etməkdir və bu təşəbbüs həmin istiqamətdə vacib addımdır.”
Qeyd edək ki, təklif yalnız Bolt Business müştəriləri üçün deyil, Bolt tətbiqindən istifadə edən bütün sərnişinlər üçün keçərlidir.
İstifadə qaydası:
AZAL Miles tətbiqi → Menyu → Qazanın və Xərcləyin → Milləri Xərclə → Bolt
İstədiyiniz Kupon məbləğini seçin və “Al” düyməsinə klikləyin
Bolt Promokodu e-poçt ünvanınıza göndəriləcək
Bolt tətbiqində Menyu → “Aksiyalar” bölməsində promokodu daxil edin və endirimdən istifadə edin
Həm AZAL Miles, həm də Bolt xidmətləri Azərbaycan biznes icması tərəfindən geniş istifadə olunduğu üçün bu yenilik korporativ müştərilər üçün də əlavə rahatlıq, sərfəlilik və mobillik çevikliyi yaradır. Konvertasiya prosesi olduqca sadədir: istifadəçi millərini Bolt kuponuna çevirir, promokodu tətbiq edir və istənilən Bolt gedişində endirimdən yararlanır.
Bolt Business-in Azərbaycandakı biznes inkişafı üzrə baş meneceri və sözügedən layihənin rəhbəri Emin Bayramlı qeyd edib:
“Millərin Bolt gedişlərinə çevrilməsi həm biznes, həm də fərdi istifadəçilər üçün real dəyər yaradan praktiki həlldir. Bu yeniliyin geniş auditoriya üçün rahat mobillik imkanları yaradacağına inanırıq.”
Bolt Business Azərbaycan haqqında qısa məlumat
Bolt Business şirkətlər və təşkilatlar üçün nəzərdə tutulmuş korporativ mobillik həllidir. Xidmət bizneslərin əməkdaşlarının gedişlərini, logistika ehtiyaclarını və digər nəqliyyat tələblərini vahid platforma üzərindən daha rahat idarə etməsinə imkan yaradır. Bolt Business hazırda Azərbaycanda geniş korporativ müştəri bazasına xidmət göstərir və ölkədə işgüzar mobilliyin optimallaşdırılmasına töhfə verir.


Prezident minatəmizləmədə fərqlənənləri təltif etdi - Siyahı
Azərbaycanla bu ölkə sürücülük vəsiqələrini qarşılıqlı tanıyacaq
Dövlət qurumunun 17 yüksəkvəzifəli şəxsi cəzalandırılıb - RƏSMİ
Bir milyardlıq maliyyə pozuntusu iddiası: Saleh Məmmədovla bağlı ciddi ittihamlar
Sahil Babayevin yeni hədəfləri: Antiinhisar Maliyyə Nazirliyinin tabeliyinə verilə bilər
Bir icra başçısı işdən çıxardı, digəri vəzifə verdi - FOTO
Bu obyektlərə hüquqi mühafizə verilməyəcək - Prezident təsdiqlədi
Azərbaycanda yeni təqaüd təsis olundu - FƏRMAN
Müdafiə nazirinin yanındakı general kimdir? - DOSYE - FOTO
Bu yolda sürət həddi bərpa edildi
Quba-Xınalıq yolunda avtomobillərin hərəkəti qismən bərpa olundu - YENİLƏNİB










