AZAL “Maldivian” aviaşirkəti ilə strateji tərəfdaşlıq elan edir

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) Maldiv adalarının milli aviaşirkəti “Maldivian” ilə strateji tərəfdaşlıq haqqında müqavilə imzalayıb. Bu əməkdaşlıq AZAL sərnişinləri üçün Maldiv adalarına səyahət imkanlarını daha da genişləndirir.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Yeni tərəfdaşlıq çərçivəsində AZAL ilə uçan sərnişinlər Velana Beynəlxalq Hava Limanından (MLE) ölkənin ən iri daxili şəbəkəsinə sahib olan “Maldivian” aviaşirkəti vasitəsilə Maldiv adalarının 17 unikal istiqamətinə rahatlıqla səyahət edə biləcəklər. Əməkdaşlıq iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə, aviasiya və turizm sahəsində qarşılıqlı inkişafın təşviqinə töhfə verir. Bu tərəfdaşlıq, həmçinin AZAL-ın uçuş şəbəkəsini daha da genişləndirərək Maldiv adalarını səyahətçilər üçün daha əlçatan edir.
“Maldivian” ilə tərəfdaşlıq bizim üçün marşrut şəbəkəmizin genişləndirilməsi və beynəlxalq mövcudluğumuzun gücləndirilməsi istiqamətində mühüm addımdır. Bu əməkdaşlıq Azərbaycan və qonşu ölkələrindən olan sərnişinlərimizə yeni və cəlbedici səyahət imkanları yaradır, Maldiv adaları kimi dünyaca məşhur turizm istiqamətini daha yaxın edir. Əminik ki, bu tərəfdaşlıq gələcəkdə iki aviaşirkət arasında əlaqələrin daha da dərinləşdirilməsi üçün möhkəm platforma rolunu oynayacaq”, — deyə “Azərbaycan Hava Yolları”nın baş kommersiya inzibatçısı Cəmil Manizadə bildirib.
Qeyd edək ki, Maldiv adalarının milli aviaşirkəti “Maldivian” həm geniş daxili şəbəkəsi, həm də beynəlxalq uçuşların həyata keçirilməsi ilə ölkənin aparıcı aviadaşıyıcısıdır. Aviaşirkət 17 yerli hava limanına, eləcə də Hindistan, Çin və digər beynəlxalq istiqamətlərə reyslər yerinə yetirir. “Maldivian”, həmçinin dəniz təyyarəsi xidmətləri də göstərir və bununla sərnişinlərin fasiləsiz daşınmasını təmin edir.
İlham Əliyev Bakı Metropoliteni ilə bağlı Fərman İMZALADI
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA












