AZAL rəsmisi: Avrasiyada nəqliyyat emissiyaları arta bilər

2030-cu ilə qədər Avrasiyada nəqliyyat emissiyalarının 30 %-ə qədər artacağı proqnozlaşdırılır.
Avtosfer.az report-a istinadən xəbər verir ki, bunu "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) prezidentinin müşaviri Fidan Fərzəliyeva "Bakı İqlim Fəaliyyəti Həftəsi"nin (BCAW2025) üçüncü günündə bildirib.
Onun sözlərinə görə, nəqliyyat sektoru iqlim dəyişikliyinə töhfə verən ən böyük və ən sürətlə inkişaf edən sahələrdən biridir: "Beynəlxalq Enerji Agentliyinin məlumatına görə, bu sektor qlobal enerji ilə əlaqəli karbon emissiyalarının təxminən 1/4-ni təşkil edir. Avtomobil nəqliyyatı nəqliyyat emissiyalarının ən böyük hissəsini, təxminən 3/4-nü və ya ümumi karbon emissiyalarının təxminən 15 %-ni təşkil edir. Aviasiyada isə bu göstərici 2-2,5 %, dəniz nəqliyyatında isə 3%-ə qədərdir.
Dəmir yolu isə əksinə, dünya üzrə nəqliyyat sahəsinin fəaliyyəti nəticəsində yaranan karbon emissiyalarının yalnız təxminən 1 %-nə səbəb olur. Xüsusilə şəbəkələr elektrikləndirildiyi zaman ən enerji səmərəli rejim olaraq qalır. Qəti tədbirlər görülməsə, 2030-cu ilə qədər Avrasiyada nəqliyyat emissiyaları 30 %-ə qədər artacaq".
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












