AZAL sərnişinlərə xüsusi təkliflər təqdim edir

“Azərbaycan Hava Yolları” QSC (AZAL) Turizm İşçiləri Günü münasibətilə sərnişinlərini Azərbaycanı daha yaxından kəşf etməyə və ölkə üzrə xüsusi təkliflərdən yararlanmağa dəvət edir.
Avtosfer.az xəbər verir ki, 29 sentyabr-31 dekabr tarixlərində keçiriləcək kampaniya çərçivəsində sərnişinlər 2026-cı il ərzində yerinə yetirilmiş AZAL uçuşlarına aid minik talonlarını təqdim etməklə müxtəlif xidmətlər üzrə endirimlər əldə edə biləcəklər.
Xüsusi təkliflər Bakı və regionlarda hotellərdə gecələmə, restoran, sağlamlıq, SPA, fitnes və əyləncə xidmətlərini əhatə edir. Kampaniya həmçinin Bakı üzrə ödənişsiz şəhər avtobus turundan, oktyabrın 3-də isə bir sıra turizm məkanlarına ödənişsiz giriş imkanından yararlanmağa şərait yaradır.
Bu təşəbbüslə “Azərbaycan Hava Yolları” ölkədaxili turizmin təşviqinə töhfə verməyi və sərnişinlərinə uçuşdan sonra da əlavə imkanlar təqdim etməyi hədəfləyir.
Təkliflərdən yararlanmaq üçün fiziki minik talonu təqdim olunmalıdır. Hər minik talonundan yalnız bir dəfə istifadə etmək mümkündür və istifadədən sonra talon tərəfdaş şirkətdə saxlanılır. Elektron minik talonları qəbul edilmir.
Qeyd edək ki, təkliflərin qüvvədə olduğu tarixlər və istifadə şərtləri xidmətə görə dəyişir. Mövcudluqdan asılı olaraq müəyyən məhdudiyyətlər tətbiq oluna bilər.
Kampaniya ilə bağlı ətraflı məlumatı linkə keçid edərək əldə edə bilərsiniz:
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












