AZAL Təbrizə və Tehrana uçuşlara başlayır

AZCON Holding şirkətlərindən olan “Azərbaycan Hava Yolları” (AZAL) marşrut şəbəkəsini genişləndirməyə davam edir və 3 sentyabr 2025-ci il tarixindən etibarən yeni Bakı–Təbriz–Bakı marşrutu üzrə birbaşa uçuşların yerinə yetirilməsinə başlayır.
AZAL-dan Avtosfer.az-a bildirilib ki, yeni istiqamət üzrə reyslər həftədə iki dəfə – çərşənbə və bazar günləri yerinə yetiriləcək.
Təbriz qədim tarixi, memarlıq abidələri, muzeyləri və zəngin mədəni irsi ilə tanınır. Bakı–Təbriz–Bakı marşrutunun açılması Azərbaycan və İran arasında səyahət imkanlarını daha da genişləndirəcək.
Həmçinin 1 sentyabr 2025-ci il tarixindən etibarən AZAL İranın paytaxtı Tehran şəhərinə də müntəzəm reyslərini bərpa edir. Bakı–Tehran–Bakı marşrutu üzrə uçuşlar həftədə dörd dəfə – bazar ertəsi, cümə axşamı, cümə və şənbə günləri yerinə yetiriləcək.
Aviabiletləri rəsmi veb-səhifəsindən, aviaşirkətin mobil tətbiqindən, həmçinin AZAL-ın kassalarından və akkreditə olunmuş agentliklərdən əldə etmək mümkündür.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












