AZAL təyyarə qəzası üzrə istintaqın müddətinə aydınlıq gətirdi

"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Bakıdan Qroznıya reys həyata keçirərkən qəzaya uğramış təyyarə qəzası ilə bağlı təhqiqatlar illərlə davam edə bilər".
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bunu AZAL-ın vitse-prezidenti İlham Əmirov jurnalistlərə açıqlamasında bildirib.
"Qazaxıstan dövlət komissiyasının tam hesabatına gəlincə, adətən, beynəlxalq qanunlar dünyanın istənilən nöqtəsində baş vermiş qəzalarla əlaqədar tənzimləyici sənədlərdə qeyd edirlər ki, hadisə baş verdikdən sonra bir il ərzində təhqiqatın başa çatması tövsiyə olunur. Burada şərt qoyulmur, tövsiyə olunur. Çünki bunun nəticələri olduqca vacib bir əhəmiyyət daşıyır. Bunu sonradan bütün dünya aviasiya qurumlarına yayırlar ki, belə hadisələr bir də gələcəkdə baş verməsin", - deyə İ.Əmirov bildirib.
O qeyd edib ki, qəza hadisələri ilə bağlı təhqiqatlar, əgər buna ehtiyac varsa, illərlə davam edə bilər:
"Məsələn, hər hansı bir təhqiqat gedirsə, təyyarənin bir hissəsini, cihazını, aqreqatını təhlil etmək üçün müəyyən institutlarda ona "açılış" edib baxırlar. Bu çox zaman apara bilər. Amma adətən, tövsiyə olunur ki, qəzanın araşdırılması bir ilə başa çatdırılsın. Məhdudiyyət qoyulmur ki, yaranmış təhqiqat komissiyası o vaxt məhdudiyyətinin təsirindən hər hansı bir qeyri-obyektivliyə yol verə bilər. Buna görə də beynəlxalq standart məhdudiyyət qoymayıb".
Qeyri-neft sektorunun hansı sahələrinə yatırım edilməlidir? - İQTİSADÇI
Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq











