AZAL və NATS güclərini birləşdirir - FOTO

“Azərbaycan Hava Yolları” QSC-nin “Azəraeronaviqasiya” Hava Hərəkəti İdarəsi (AZANS) Böyük Britaniyanın hava hərəkətinin idarəedilməsi xidmətlərinin aparıcı provayderi olan NATS ilə strateji əməkdaşlıq haqqında saziş imzalayıb.
Avtosfer.az xəbər verir ki, bu tərəfdaşlıq Azərbaycanın qlobal aviasiya sektorunda mövqeyini möhkəmləndirmək üçün əməliyyat prosedurlarının, texniki xidmət proseslərinin və normativ tələblərə uyğunluğun kompleks analizini və təkmilləşdirilməsini nəzərdə tutur.
AZANS və NATS arasında əməkdaşlıq strateji təşəbbüslərin həyata keçirilməsinə yönəlib:
• Uçuş təhlükəsizliyin artırılması və gecikmələrin azaldılması məqsədilə rabitə, naviqasiya və müşahidə (CNS) prosedurlarının və sistemlərinin optimallaşdırılması;
• Əməliyyatların davamlılığı və etibarlılığını təmin edəcək beynəlxalq standartlara uyğunluğun gücləndirilməsi;
• Davamlı inkişafa və əməliyyat proseslərinin təkmilləşdirilməsinə yönəlmiş qabaqcıl texnologiyaların və qlobal təcrübələrin tətbiqi;
• Kadr potensialının inkişafı və təkminləşdirilməsi, o cümlədən NATS ekspertlərinin iştirakı ilə xüsusi təlimlər, səfərlər və birgə seminarlar.
“Strateji yerləşməsinə görə Azərbaycan və Heydər Əliyev Beynəlxalq Aeroportu əsas hava nəqliyyatı mərkəzinə çevrilmək üçün unikal imkana malikdir. NATS ilə tərəfdaşlıq bizə təhlükəsizliyə, ekoloji dayanıqlığa və əməliyyat səmərəliliyinə xüsusi diqqət yetirməklə müasir aviasiyanın ən yüksək standartlarına cavab verməyə imkan verəcək”, – deyə AZANS HHİ-nin direktoru Fərxan Quliyev bildirib.
NATS-nin baş icraçı direktoru Martin Rolf isə vurğulayıb: “Azərbaycan aviasiya sektorunda sürətlə inkişaf edir və bu saziş bizim üçün dünyanın ən işlək hava limanlarının və hava məkanının idarə olunması təcrübəmizi bölüşmək üçün bir fürsətdir. Mən birlikdə işləmək, təcrübə mübadiləsi aparmaq və Azərbaycana məqsədlərinə çatmaqda köməklik etməyi səbirsizliklə gözləyirəm”.
Qeyd edək ki, bu tərəfdaşlıq Azərbaycanın aviasiya sektorunun daha da inkişafı, onun regionda lider mövqeyinin gücləndirilməsi və hava nəqliyyatı üçün etibarlı və səmərəli infrastrukturun yaradılması üçün əsas olacaq. NATS ilə əməkdaşlıq sərnişinlərə və aviaşirkətlərə gecikmələrin azaldılması, uçuşların təhlükəsizliyinin artırılması və davamlı inkişafın dəstəklənməsi daxil olmaqla təkmilləşdirilmiş təcrübə təqdim edəcək qabaqcıl texnologiyaların tətbiqinə imkan verəcək.
Taksi xidmətində gündəmdə olan sualları “Bolt”un rəhbəri cavabladı - VİDEO
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü












