AZAL və “Sea Breeze” birgə lotereyanın 100 qalibini müəyyən edib - FOTO

Azərbaycan Hava Yolları və “Sea Breeze”in birgə təşkil etdiyi “Səma və Dəniz” lotereyasının əsas qalibi baş mükafat olaraq “Sea Breeze Resort” ərazisində yerləşən “Park Lane” yaşayış kompleksində mənzil qazanıb. Lotereya “AZAL Miles” loyallıq proqramının üzvləri arasında keçirilib.
Bu barədə Avtosfer.az-a “Azərbaycan Hava Yolları” QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Sentyabrın 28-də canlı yayımda keçirilən elektron tirajın nəticələrinə əsasən, ümumilikdə 100 iştirakçı qalib olub. Mənzillə yanaşı, lotereyanın mükafat fonduna uçuş milləri, “ABB–AZAL Miles Co-brand Infinite” və “Platinum” kartları, “Crocus Fitness Baku”da birillik abunəliklər və “Aghalarov Rest” restoranlar şəbəkəsinin hədiyyə kuponları daxil olub.
8 iyul – 8 sentyabr tarixlərində keçirilən kampaniya çərçivəsində iştirakçılar aviabilet alışları, millərin toplanması və istifadəsi, eləcə də lotereyanın şərtlərində nəzərdə tutulan digər əməliyyatlar vasitəsilə uduş şansları əldə ediblər. Lotereyada iştirak etmək üçün “AZAL Miles” üzvlərinin şəxsi kabinetlərində kampaniyaya qoşulmaları tələb olunub.
Bütün qaliblərin siyahısı ilə Azərbaycan Hava Yollarının rəsmi internet səhifəsində tanış olmaq mümkündür.

Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA














