Azərbaycan BDT-nin Alt Komitəsinin sessiyasında təmsil olunub - FOTO

Londonda Beynəlxalq Dəniz Təşkilatının mənzil-qərargahında Naviqasiya, Kommunikasiya və Axtarış-Xilasetmə üzrə Alt Komitəsinin 13-cü sessiyası keçirilib.
Avtosfer.az xəbər verir ki, tədbirdə Azərbaycanı Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzinin direktoru Məzahir Niftiyev təmsil edib.
Toplantı çərçivəsində gəmi hərəkətinin təşkili, gəmilər üçün hərəkət marşrutları sistemi, Qlobal Dəniz Fəlakəti və Əmniyyətli Rabitə, habelə Gəmilərin Uzaq Məsafədən Tanınması və İzlənilməsi sistemlərinin, axtarış-xilasetmə xidmətlərinin inkişafı, elektron naviqasiya, rəqəmsal texnologiyaların tətbiqi və digər aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd olunub ki, müzakirələr beynəlxalq dəniz üzgüçülüyünün daha da gücləndirilməsi, müasir naviqasiya və rabitə sistemlərinin inkişafı, eləcə də Beynəlxalq Dəniz Təşkilatının normativ-hüquqi bazasının təkmilləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
İki nəfərin öldüyü "Şəki yaylası" istirahət mərkəzi BAĞLANDI
Azərbaycan 14 İran vətəndaşını “arzuolunmaz şəxs” elan etdi - SİYAHI
İki avtobus marşrutunun hərəkət sxemi DƏYİŞDİRİLİR
Cinayətkar birlik yaratmaqda təqsirləndirilən hərbçiyə hökm oxundu












