Azərbaycan bu ölkəyə siqaretin ədədini 2 manat 77 qəpiyə satır

Cari ilin yanvar-fevral aylarında Azərbaycan tərkibində tütün olan siqaretlərin idxal və ixracını həyata keçirib.
Avtosfer.az statistik mənbələrə əsasən xəbər verir ki, hesabat dövründə ölkəyə 74,46 milyon ədəd tütün tərkibli siqaret idxal olunub. Bu idxal əməliyyatlarının ümumi dəyəri 1 milyon 398,67 min ABŞ dolları təşkil edib. Məlumata görə, məhsullar əsasən Rusiya, ABŞ, Çin, Gürcüstan və Türkiyədən gətirilib.
Eyni zamanda, Azərbaycandan 220,73 milyon ədəd siqaret ixrac olunub və bu ixracdan 3 milyon 339,07 min ABŞ dolları həcmində gəlir əldə edilib. Məhsulun əsas alıcıları Rusiya və Gürcüstan olub.
Belə ki, Rusiyaya 42,25 milyon ədəd siqaret göndərilib. Bu satışdan 435,02 min ABŞ dolları gəlir daxil olub. Hesablamalara görə, 1 ədəd siqaretin ixrac qiyməti təxminən 0,0103 dollar, yəni 1,76 qəpik təşkil edib.
Gürcüstana isə 177,98 milyon ədəd siqaret ixrac edilib və bu əməliyyatlardan 2 milyon 904,04 min ABŞ dolları gəlir əldə olunub. 1 ədəd siqaretin ixrac qiyməti isə təxminən 0,0163 dollar təxminən 2,77 qəpik olub (Valyuta.az).
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












