Azərbaycan Çinə başsağlığı verdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çinə başsağlığı verib.
Avtosfer.az xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.
"Çinin Şansi əyalətindəki kömür mədənində baş verən və çoxlu sayda insanın həyatını itirməsinə və yaralanmasına səbəb olan faciəvi partlayışdan dərindən kədərlənirik.
Həyatını itirənlərin ailələrinə və yaxınlarına dərin başsağlığı verir, yaralananların hamısına tezliklə və tam sağalma arzulayırıq. Xilasetmə və bərpa işlərində çalışan səlahiyyətli orqanlarla və fövqəladə hallara müdaxilə qüvvələri ilə həmrəyliyimizi ifadə edir və bu faciədən zərər çəkən bütün insanların kədərini paylaşırıq", - məlumatda qeyd edilib.
Qeyd edək ki, Çinin şimalında yerləşən Şansi əyalətində kömür mədənində baş verən partlayış nəticəsində 82 nəfər ölüb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












