Azərbaycan əhalisi 2 milyard manatlıq yanacaq aldı

Bu ilin yanvar-iyun aylarında Azərbaycanda pərakəndə ticarət şəbəkəsində istehlakçılara 2 milyard 38 milyon manatlıq avtomobil benzini və dizel yanacağı satılıb.
Avtosfer.az-ın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, bu, ötən ilin 6 ayı ilə müqayisədə 5,2 % çoxdur.
Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 6,3 %-i avtomobil benzini və dizel yanacağının alınmasına sərf olunub.
Xatırladaq ki, bu ilin yanvar-iyun aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 32,4 milyard manatlıq, o cümlədən 17,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 14,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb. Ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,7 %, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,4 %, qeyri-ərzaq malları üzrə 6,5 % artıb.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












