"Azərbaycan məcburi köçkünlər üçün 300 min ev və mənzil inşa etdi" - Hikmət Hacıyev

"Münaqişə illərində, xüsusilə 1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycan ərazilərini işğalı zamanı ölkəmiz ciddi mənzil çətinlikləri ilə üzləşmişdi".
Avtosfer.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Bakıda Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən "Qlobal koalisiyaların mərkəzində mənzil" adlı tədbirdə deyib.
O bildirib ki, həmin dövrdə Azərbaycan hökuməti məcburi köçkünlər və qaçqınlar üçün mümkün olan bütün dəstəyi göstərmiş, onlara sığınacaq, əlçatan və münasib qiymətli ərzaq təminatı və digər sosial xidmətlər təqdim etmişdi:
"Bununla yanaşı, məcburi köçkünlərin rifahının yaxşılaşdırılması məqsədilə müəyyən dövlət güzəştləri də tətbiq olunmuşdu. Onların əsas tələbi isə öz doğma yurdlarına qayıtmaq və orada təhlükəsiz, layiqli şəraitdə yaşamaq idi".
"O dövrün çətin şəraitini nəzərə alaraq, Azərbaycan dövləti məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm addımlar atmışdı. Təxminən 300 min ev və mənzil inşa edilərək onların istifadəsinə verilmiş, insanlar üçün daha münasib yaşayış şəraiti yaradılmışdı", - deyə Prezidentin köməkçisi əlavə edib.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












