Azərbaycan və Finlandiya XİN arasında siyasi məsləhətləşmələr keçirilib

7 may tarixində Bakı şəhərində Azərbaycan Respublikası və Finlandiya Respublikası Xarici İşlər Nazirlikləri arasında siyasi məsləhətləşmələrin növbəti raundu keçirilib.
XİN-dən Avtosfer.az-a verilən xəbərə görə, Azərbaycan nümayəndə heyətinə xarici işlər nazirinin müavini Fariz Rzayev, Finlandiya nümayəndə heyətinə isə bu ölkənin Xarici İşlər Nazirliyinin Avro-Atlantik departamentinin baş direktoru Sari Rautio rəhbərlik edib.
Məsləhətləşmələr zamanı iki ölkə arasında siyasi sahədə əlaqələr müzakirə olunub, davamlı dialoqun saxlanılması üçün qarşılıqlı səfərlərin və beynəlxalq tədbirlər çərçivəsində görüşlərin əhəmiyyəti vurğulanıb.
Daha sonra, iqtisadi, humanitar və təhsil sahələrində, o cümlədən beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın hazırkı vəziyyəti və inkişaf perspektivləri, ölkəmizin təşəbbüsü və iştirakı ilə həyata keçirilən strateji enerji və nəqliyyat layihələri ilə bağlı müzakirələr aparılıb.
Məsləhətləşmələr zamanı regionda mövcud vəziyyət, Azərbaycan-Ermənistan normallaşma prosesi, işğaldan azad edilmiş ərazilərimizdə aparılan genişmiqyaslı bərpa, yenidənqurma və minatəmizləmə işləri barədə ətraflı məlumat verilib.
Bununla yanaşı, qarşılıqlı maraq kəsb edən digər regional və beynəlxalq mövzular ətrafında fikir mübadiləsi aparılıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












