Azərbaycan və Səudiyyə Ərəbistanı arasında hava əlaqələri müzakirə edildi

“Azərbaycan Hava Yolları” (AZAL) QSC-nin prezidenti Samir Rzayev ilə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri İssam bin Saleh əl-Cuteyli arasında hava nəqliyyatı sahəsində qarşılıqlı əməkdaşlıq və tərəfdaşlığın gücləndirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Bu barədə Avtosfer.az-a "Azərbaycan Hava Yolları" QSC-nin Mətbuat xidmətindən məlumat verilib.
Görüş zamanı Azərbaycan ilə Səudiyyə Ərəbistanı arasında hava əlaqələrinin inkişaf perspektivləri geniş şəkildə müzakirə edilib. Sərnişin axınının artırılması və aviasiya sahəsində tərəfdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsi vacibliyi vurğulanıb. Həmçinin qarşılıqlı əlaqələrin gücləndirilməsinin ölkələr arasında turizm və iqtisadi əlaqələrin inkişafına müsbət təsir göstərəcəyi bildirilib. Bu kontekstdə qeyd olunub ki, ötən il Azərbaycana Səudiyyə Ərəbistanı Krallığından 94 300 turist səfər edib. Bu göstərici iki ölkə arasında əməkdaşlığın və qarşılıqlı marağın artdığını təsdiqləyir.
Qeyd edək ki, hazırda AZAL Bakı-Dammam-Bakı marşrutu üzrə həftədə 2 dəfə – bazar ertəsi və cümə günləri, Ər-Riyad istiqamətində isə həftədə 3 dəfə – bazar ertəsi, çərşənbə və şənbə günləri reyslər həyata keçirir.
Görüşdə Azərbaycanın Səudiyyə Ərəbistanı ilə olan hava əlaqələrinin möhkəmləndiyi və qarşılıqlı əməkdaşlığın genişləndiyi xüsusi olaraq vurğulanıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












