"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" maliyyə vəziyyətini açıqladı

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC (ASCO) 2024-cü ili 14,495 milyon manat xalis mənfəətlə başa vurub.
Avtosfer.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2023-cü ilə nisbətən 3 dəfə azdır.
2024-cü ildə ASCO-nun əsas əməliyyat gəlirləri 445,403 milyon manat (2023-cü illə müqayisədə 15 % az), satışlarının maya dəyəri 365,184 milyon manat (2,6 % az), ümumi və inzibati xərcləri 56,818 milyon manat (6,7 % az), sosial xərcləri 5,198 milyon manat (45,3 % az), digər əməliyyat gəlirləri 36,757 milyon manat (27,2 % az), digər əməliyyat xərcləri 80,320 milyon manat (19,4 % çox), gəmilərin, əmlak tikili və avadanlığın satışı üzrə gəliri 13,711 milyon manat (185,3 dəfə çox), gözlənilən kredit zərərləri 7,088 milyon manat (6,8 dəfə çox), xarici valyuta mübadiləsindən zərəri 1,596 milyon manat (32,1 % az), xarici valyuta mübadiləsindən gəliri 1,907 milyon manat (2,9 dəfə çox), maliyyə xərcləri 17,626 milyon manat (83,2 % çox), maliyyə gəliri 33,198 milyon manat (əvvəlki il olmayıb), birgə müəssislərdəki pay hesabına gəlirləri 18,208 milyon manat (2,7 dəfə çox), mənfəət vergisi ödəmələri isə 859 min manat (14,8 dəfə az) təşkil edib.
2025-ci il yanvarın 1-nə ASCO-nun aktivləri 1 milyard 826,603 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 5,1 % çoxdur. Hesabat dövründə səhmdar cəmiyyətinin öhdəlikləri 82,9 % artaraq 559,495 milyon manata çatıb, balans kapitalı isə 11,5 % azalaraq 1 milyard 267,108 milyon manata enib.
Xatırladaq ki, ASCO 2014-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 440,051 milyon manatdır. Şirkət 100 % dövlətə məxsusdur.
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI
Şimali Koreya Ukraynadakı müharibədən nə qədər qazanır? - FOTO
Sərnişin avtobusu qapısı açıq idarə olunub - VİDEO
Polis polkovnik leytenantı rəis TƏYİN EDİLDİ










