Azərbaycan XİN-dən Rusiyaya xəbərdarlıq

Azərbaycan Xarici İşlər Nazirliyi Azərbaycan Xarici İşlər Nazirliyi Rusiyanın rəsmi şəxslərinin son açıqlamalarına münasibət bildirib.
Nazirlikdən Avtosfer.az-a verilən məlumata görə, Vladimir Putin və Nikol Paşinyan arasında aprelin 1-də Moskvada keçirilmiş görüş zamanı və sonrasında Rusiyanın rəsmi şəxsləri tərəfindən Azərbaycanın daxili işlərinə aid məsələlərə toxunulub.
Bununla əlaqədar diplomatik kanallar vasitəsilə Azərbaycanın Qarabağ bölgəsindən siyasi spekulyasiya məqsədilə istifadə edilməsinin qəbuledilməz olduğu qarşı tərəfin diqqətinə çatdırılıb və bu cür halların dayandırılması gözlənildiyi bildirilib.
Qeyd olunub ki, buna baxmayaraq, məsələ Rusiyanın rəsmi siyasi diskursunda davam edir. Belə ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov “Vesti” telekanalına müsahibəsində Ermənistan-Rusiya münasibətlərinə toxunarkən Qarabağ bölgəsinin Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı növbəti dəfə şərh verib.
XİN vurğulayıb ki, Qarabağ bölgəsinin Azərbaycanın ayrılmaz hissəsi olması hər hansı dövlətin qərarına deyil, tarixə, beynəlxalq hüquqa və ədalətə əsaslanır. Bu reallıq İkinci Qarabağ müharibəsi və 2023-cü ildə keçirilmiş lokal antiterror tədbirləri nəticəsində bir daha təsdiqlənib.
Bildirilib ki, Rusiya Federasiyası da daxil olmaqla heç bir dövlət heç vaxt Qarabağ bölgəsi də daxil olmaqla Azərbaycanın ərazi bütövlüyünü sual altına qoymayıb.
Sonda qeyd edilib ki, Azərbaycanın suverenliyinə aid məsələlərin Rusiya-Ermənistan münasibətlərinin mürəkkəb olduğu hazırkı dövrdə ictimai müzakirə predmetinə çevrilməməsi gözlənilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












