Azərbaycan xüsusi təyinatlıları İordaniyada təlimdə iştirak edir

Azərbaycan Ordusunun xüsusi təyinatlıları İordaniya Haşimilər Krallığında keçirilən Terrorla Mübarizə və Xüsusi Əməliyyatlar üzrə "Zülfüqar" adlı birgə hərbi təlimdə iştirak edir.
Avtosfer.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.
Bildirilib ki, hərbi əməkdaşlıq və təlim proqramları çərçivəsində keçirilən təlimdə ölkəmizlə yanaşı İordaniya Silahlı Qüvvələri - Ərəb ordusu Kral Abdullah II Xüsusi Təyinatlı Qüvvələri Komandanlığının şəxsi heyəti, eləcə də Türkiyə və Pakistanın xüsusi təyinatlıları iştirak edir.
Pilotsuz uçuş aparatları (PUA), müasir hərbi texnika və sistemlərdən istifadə edilməsi nəzərdə tutulan birgə təlimlərin ssenarisinə müxtəlif əməliyyat şəraitini simulyasiya edən bir sıra taktiki fəaliyyətlər daxildir.
İştirakçılar yaşayış məntəqələrində döyüş, girovların xilas edilməsi və antiterror əməliyyatları üzrə tapşırıqları icra edəcək, həmçinin müxtəlif çaplı silahlardan istifadə etməklə praktiki atışları yerinə yetirəcəklər.
Təlimin məqsədi bölmələrin əməliyyat imkanlarının artırılması, xüsusi təyinatlıların döyüş qabiliyyətinin inkişaf etdirilməsi, iştirakçı qüvvələr arasında birgə fəaliyyətlər zamanı koordinasiyanın gücləndirilməsi, eləcə də xüsusi əməliyyatlar sahəsində təcrübə mübadiləsinin təmin edilməsidir.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












