Azərbaycan yük gəmisi ilk dəfə Magellan boğazından keçdi - FOTO - VİDEO

"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin (ASCO) "Handysize" tipli "Murovdağ" quru yük gəmisi Magellan boğazını keçən Azərbaycanın ilk yük gəmisi olub.
Avtosfer.az ASCO-ya istinadən xəbər verir ki, bu hadisə ilə gəmi ölkəmizin dənizçilik tarixində yeni bir səhifə açıb.
Çilinin Tokopilla limanından 33 000 ton potassium nitratı ilə yola çıxan "Handysize" tipli gəmi Latın Amerikasının cənub sahili boyunca hərəkət edərək, dünyanın ən çətin və strateji əhəmiyyətli dəniz yollarından biri sayılan Magellan boğazından keçib. Hazırda gəmi Atlantik okeanına doğru üzür və İspaniyanın Kadiz limanında yükünü boşaltması planlaşdırılır.
Magellan boğazı Cənubi Amerikanın cənubunda, Çili ərazisində yerləşir və Atlantik okeanı ilə Sakit okeanı birləşdirən mühüm dəniz keçididir. Boğaz güclü küləkləri, dəyişkən hava şəraiti və mürəkkəb su axınları ilə tanınır.
ASCO-nun beynəlxalq sularda istismara verdiyi ikinci "Handysize" tipli məhdudiyyətsiz üzmə imkanlarına malik gəmisi olan "Murovdağ" bu tarixi keçidlə Azərbaycanın dənizçilik sahəsindəki mövqeyini daha da möhkəmləndirir və qlobal yükdaşımalarda iştirakını genişləndirir.
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq















