Azərbaycana ən çox bu ölkələrdən turistlər gəlib

2026-cı ilin yanvar ayında Azərbaycan Respublikasına dünyanın 158 ölkəsindən 181,8 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. Bu əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 5,3 faiz çoxdur.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.
Gələnlərin 23,4 faizi Rusiya Federasiyası, 20,1 faizi Türkiyə, 8,5faizi İran, 5,0 faizi Hindistan, 4,9 faizi Səudiyyə Ərəbistanı, 4,8 faizi Gürcüstan, 3,7 faizi Pakistan, 3,1 faizi Qazaxıstan, 2,8 faizi Özbəkistan, 2,7faizi İsrail, 2,0 faizi Küveyt, 1,7 faizi Birləşmiş Ərəb Əmirlikləri, 1,4 faizi Çin, hər birindən 1,3 faiz olmaqla Türkmənistan və Ukrayna, 13,3 faizi digər ölkələrin vətəndaşları olub.
Gələnlərin 71,1 faizini kişilər, 28,9 faizini qadınlar təşkil edib.
2025-ci ilin yanvar ayı ilə müqayisədə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 41,9 faiz artaraq 7,2 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,3 faiz artaraq 34,6 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 4,7 faiz artaraq 58,6 min nəfər, digər ölkələrdən gələnlərin sayı 3,8 faiz artaraq 81,4 min nəfər təşkil edib.
Ölkəmizə gəlmiş əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 72,4 faizi hava, 26,3 faizi dəmir yolu və avtomobil, 1,3 faizi isə dəniz nəqliyyatından istifadə ediblər.
2025-ci ilin yanvar ayı ilə müqayisədə xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının ümumi sayı 1,4 faiz azalaraq 151,9 min nəfər olub. Vətəndaşlarımızın 35,8 faizi Türkiyəyə (əvvəlki ilin yanvar ayı ilə müqayisədə 2,0 faiz az), 15,8 faizi Rusiyaya (1,5 faiz çox), 12,3 faizi İrana (13,3 faiz çox), 9,8 faizi Gürcüstana (17,6 faiz az), 26,3 faizi isə digər ölkələrə (1,1 faiz az) getmişdir. Gedənlərin 66,3 faizini kişilər, 33,7 faizini qadınlar təşkil edib.
2026-cı ilin yanvar ayında xarici ölkələrə gedən Azərbaycan vətəndaşlarının 69,0 faizi hava, 29,5 faizi dəmir yolu və avtomobil, 1,5 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Bakı-Sumqayıt xəttində "manatlıq maşınlar"a qadağa qoyulmayıb? - AÇIQLAMA
Sürücülərin nəzərinə: Bu yol bağlanır
Ermənistanda Azərbaycan əsgəri saxlanıldı - TƏCİLİ
Azərbaycanda deputatın mandatı ləğv edildi
Beş milyon manatlıq onlayn kazino şəbəkəsinin üzvləri tutuldu - VİDEO
Piyadaları təngə gətirən eskalator problemi - VİDEO
“Memar Əcəmi” – “28 May” arasında da ekspress avtobus xətti açılacaq? - AÇIQLAMA
Erməni bacılar "Formula-1" üçün Bakıya gəlibmişlər - VİDEO
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTO
Metroda pulsuz gediş digər stansiyalarda da tətbiq oluna bilər? - RƏSMİ AÇIQLAMA
Yollarda at oynadan skuterləri bu qədər CƏRİMƏ gözləyir












