Azərbaycana qanunsuz yolla dərman vasitələrinin gətirilməsinin qarşısı alındı

Külli miqdarda dərman vasitələri aşkar edilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsi (DGK) məlumat yayıb.
Bildirilib ki, Balakən Gömrük İdarəsi əməkdaşlarının həyata keçirdikləri kompleks əməliyyat və gömrük nəzarəti tədbirləri nəticəsində külli miqdarda dərman vasitələrinin qanunsuz yolla ölkə ərazisinə gətirilməsinin qarşısı alınıb.
İdarənin "Mazımqara" gömrük postunda Gürcüstandan Azərbaycana gələn yük nəqliyyat vasitəsinə stasionar rentgen qurğusunda baxış keçirilib və yük yerində şübhəli təsvirlər müşahidə olunub.
Gömrük yoxlaması zamanı nəqliyyat vasitəsinin qoşqusundan gömrük orqanına bəyan edilməyən və gömrük nəzarətindən gizlədilən, keyfiyyəti məlum olmayan dörd karton qutuda qablaşdırılan külli miqdarda dərman vasitələri aşkar edilib.
Faktla bağlı araşdırma aparılır.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












