Banner

Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ

Xəbərlər 4 Noyabr 2026 16:18
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ
WhatsApp kanalımıza abunə olun

Azərbaycanla Çin arasında iqtisadi əməkdaşlığın genişləndirilməsi istiqamətində yeni layihələrin həyata keçirilməsi diqqət mərkəzindədir. Bu çərçivədə Azərbaycan–Çin Sənaye Parkının yaradılması iki ölkə arasında iqtisadi əlaqələrin inkişafı və qarşılıqlı investisiya imkanlarının artırılması baxımından mühüm əhəmiyyət daşıyır.
Avtosfer.az xəbər verir ki, layihənin Azərbaycanın iqtisadi inkişafına, investisiya mühitinə və beynəlxalq iqtisadi əlaqələrinə təsiri ilə bağlı suallar yaranır. 
Bəs Azərbaycan–Çin Sənaye Parkının yaradılması ölkəyə hansı iqtisadi imkanlar qazandıra bilər?

Mövzu ilə bağlı politoloq Zeynal Əmrəliyev Avtosfer.az-a açıqlamasında bildirib ki, Azərbaycan və Çin arasında sənaye parklarının yaradılması iki ölkə arasındakı münasibətlərin inkişafı baxımından böyük əhəmiyyət kəsb edir:

''Son dövrlərdə Azərbaycan və Çin iqtisadi münasibətlər müstəvisində sıx əməkdaşlıq qurublar. Bu da ölkələr arasında iqtisadi əlaqələrin daha da genişlənməsinə şərait yaradır. Çin sənaye sahəsində yüksək inkişaf etmiş ölkədir və bu istiqamətdə inkişafını davam etdirir. Xüsusilə, Çinin texnoloji məhsulları hazırda dünya bazarında mühüm yer tutur. Hətta Avropa bazarında belə Çin istehsalı olan texnoloji məhsulların payı kifayət qədər böyükdür. Belə bir texnoloji üstünlüyə malik ölkə ilə Azərbaycanın geniş əlaqələr qurması və birgə sənaye parkının yaradılması ölkəyə investisiya axınının artmasına şərait yarada bilər. Çin şirkətlərinin Azərbaycanda fəaliyyət göstərməsi yüksək texnologiyalı məhsulların istehsalına və təminatına imkan verəcək. Bu isə ölkədə sənayenin inkişafına, xüsusilə də qeyri-neft sektorunun genişlənməsinə töhfə verə bilər. Xüsusilə, işğaldan azad edilmiş ərazilərdə yeni sənaye müəssisələrinin yaradılması, eləcə də ölkənin digər bölgələrində sənaye parklarının salınması üçün imkanlar genişlənə bilər. Düşünürəm ki, Azərbaycanla Çin arasında bu əməkdaşlıq ölkəmizə böyük iqtisadi fayda gətirəcək''.

Fatimə

Oxunub : 108
ŞƏRH YAZ
Ad

E-mail

Şərh