Banner

"Azərbaycanda aviareyslər dörd ildə beş dəfədən çox artıb" - Rəşad Həsənov

Xəbərlər 6 Oktyabr 2026 17:54
"Azərbaycanda aviareyslər dörd ildə beş dəfədən çox artıb" - Rəşad Həsənov
WhatsApp kanalımıza abunə olun

Azərbaycanda aviareyslər son dörd il ərzində beş dəfədən çox artım nümayiş etdirib.

Avtosfer.az xəbər verir ki, bunu bunu rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəşad Həsənov Bakıda "Orta Dəhliz boyunca infrastruktur, nəqliyyat, logistika, "yaşıl enerji" və rəqəmsallaşma üçün maliyyənin səfərbər edilməsi" mövzusunda keçirilən Almaniya-Azərbaycan Əlaqəlilik Konfransında bildirib.

Nazir müavininin sözlərinə görə, ildə 260 000-dən artıq uçuş icra olunur: "Çoxsaylı uçuşlar Avropa ilə Asiya arasında, eləcə də Almaniya hava limanlarından yerinə yetirilir. Sərnişin daşımalar baxımından Bakı və Almaniya birbaşa 10 uçuşla bağlanıb, "Azərbaycan Hava Yolları" (AZAL) QSC Berlinə, "Lufthansa" isə Frankfurta reyslər təşkil edir. İnkişaf üçün potensial mövcuddur və biz bu imkandan istifadəni məmnuniyyətlə dəstəkləyərdik. Yük daşımaları sahəsində əlaqə daha da möhkəmdir".

R.Həsənov onu da vurğulayıb ki, Bakıda mərkəzi yerləşən və dünyanın ən iri kommersiya yük aviaşirkətlərindən biri sayılan "Silk Way West Airlines" ildə 500 000 tondan artıq yük daşıyır: "Son statistik məlumatlara görə, Çin ilə Almaniya arasında hava yük daşımalarının təqribən 15 %-dən çoxu "Silk Way West Airlines" vasitəsilə həyata keçirilir".

Oxunub : 102
ŞƏRH YAZ
Ad

E-mail

Şərh