Azərbaycanda avtobus istehsalı 45 faizə yaxın artıb

Bu ilin yanvar-avqust aylarında Azərbaycanda 224 ədəd avtobus istehsal edilib.
Avtosfer.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.
Məlumata görə, bu, 2025-ci ilin yanvar-avqust ayları ilə müqayisədə 44,5 % çoxdur. Nəticədə bu ilin sentyabrın 1-nə 26 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bu ilin ilk 8 ayı ayında Azərbaycanda 268,3 milyon manatlıq maşın və avadanlıqların, avtomobil, qoşqu və yarımqoşqular istehsal edilib. Məlumata görə, bu, əvvəlki ilin müvafiq ayları ilə müqayisədə maşın və avadanlıqların istehsalı 73,6 % azalıb, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 89,3 % artıb.
Bundan başqa, yanvar-avqust aylarında Azərbaycanda 1 992 ədəd minik avtomobili istehsal olunub ki, bu da ötən ilin 8 ayı ilə müqayisədə 380 ədəd və ya 16,5 % azdır. Nəticədə bu ilin sentyabrın 1-nə 130 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Hesabat dövründə Azərbaycanda 337 ədəd traktor istehsal edilib. Bu, 2025-ci ilin ilk 8 ayı ilə müqayisədə 4,5 % azdır. Bu ilin sentyabrın 1-nə 6 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Həmçinin, bu ilin yanvar-avqust aylarında ölkədə 597 ədəd yük avtomobili istehsal edilib ki, bu da 1 il əvvələ nisbətən 2,7 dəfə çoxdur. Bu ilin sentyabrın 1-nə 51 ədəd hazır məhsul ehtiyatı yaranıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












