Azərbaycanda bəzi şəxslər vəzifədən kənarlaşdırıla bilərlər

Maraqların toqquşmasının aradan qaldırılması üçün atılacaq addımlar müəyyənləşir.
Avtosfer.az xəbər verir ki, sözügedən məsələ "Maraqlar toqquşması haqqında" Qanun layihəsində əksini tapıb.
Maraqlar toqquşmasının həlli vəzifəli şəxslərin öz qulluq mövqeyindən şəxsi maraqları naminə istifadə etmək imkanlarının müəyyən edilərək aradan qaldırılması yolu ilə həyata keçirilir və aşağıdakıları əhatə edir:
- şəxsi maraqların bəyan edilməsinin yoxlanılması, maraqlar toqquşmasının mümkün hallarının və onların həlli yollarının müəyyən edilməsi və təhlili;
- maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxsin rəhbərliyi tərəfindən görülən tədbirlər;
- maraqlar toqquşmasının aradan qaldırılması üçün vəzifəli şəxs tərəfindən müstəqil şəkildə görülən tədbirlər.
Maraqlar toqquşması ehtimalı olan vəziyyət barədə məlumat verən vəzifəli şəxs səlahiyyətli subyektlər
tərəfindən maraqlar toqquşmasının həll edilməsinə dair qərar qəbul edilənədək öz xidməti vəzifələrinin icrasını maraqların toqquşması hissəsində müvəqqəti dayandırır.
Maraqlar toqquşmasını həll etmək üçün aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi görülür:
- vəzifəli şəxsin maraqlar toqquşması yaranan məsələ üzrə qərarların qəbul edilməsində iştirakının məhdudlaşdırılması;
- vəzifəli şəxsin vəzifə səlahiyyətlərinə yenidən baxılması və dəyişdirilməsi;
- vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan xidməti vəzifələrin icrasından kənarlaşdırılması;
- vəzifəli şəxsin maraqların toqquşması ilə bağlı olmayan vəzifəyə keçirilməsi;
- aktivlərin özgəninkiləşdirilməsi;
- xidməti vəzifələrlə ziddiyyət təşkil edən kənar fəaliyyətə və işə xitam verilməsi və ya onlardan imtina olunması, yaxud maraqlar toqquşmasına səbəb olan şəxsi marağın digər üsullarla aradan qaldırılması;
- vəzifəli şəxsin maraqlar toqquşmasına səbəb olan informasiyaya çıxış imkanlarının məhdudlaşdırılması;
- vəzifəli şəxsin fəaliyyətinə nəzarətin yenidən təşkili./oxu.az
Sabunçuda küçə bərbad vəziyyətdədir: Avtobuslar çətinliklə hərəkət edir - VİDEO
Sabirabadda “Təmiz hava aylığı” ilə bağlı profilaktik tədbir keçirildi
Bu yollar sabahdan bağlı olacaq - Sürücülərin nəzərinə!
Ramiz Mehdiyevin "Sədərək" Ticarət Mərkəzində obyektləri olub?
Ankarada keçiriləcək Zirvə toplantısı Türkiyə-Azərbaycan münasibətlərinə təsir edə biləcək? - POLİTOLOQ
Ramiz Mehdiyevə HÖKM OXUNDU
22-UU-222 nömrəli “Range Rover”lə kobud qayda pozdu - VİDEO
Azərbaycanda yeni su anbarı tikilir
Ekspert: "Piyada zolağında skuter və moped sürmək qaydaları qanunvericilikdə dəqiqləşdirilməlidir"
Metronun bu stansiyasında 2028-ci ilədək tikinti işləri yekunşalacaq – RƏSMİ AÇIQLAMA
Bakıda taksi xaosuna son qoyulur? - VACİB AÇIQLAMA












