Azərbaycanda bu internet provayderləri bağlandı - SİYAHI

Bu ay Azərbaycanda 3 internet operator və provayderinin uçotu ləğv edilib.
Avtosfer.az-ın məlumatına görə, sözügedən şirkətlər “Bynet” MMC, “Tele5" MMC, “Q-net” MMC-dir.
Uçotların ləğv edilmə səbəbi bu operator və provayderlərin fəaliyyətini dayandırımasıdır.
“Bynet” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi Rauf Əhmədlidir. Şirkət 2023-cü ilin may ayında uçota alınıb.
“Q-net” MMC-nin nizamnamə kapitalı 500 manat, qanuni təmsilçisi Əmrah Kəlbiyevdir. Şirkət ötən ilin dekabr ayında internet operator kimi uçota alınıb.
“Tele5” MMC-nin nizamnamə kapitalı 100 manat, qanuni təmsilçisi isə Azad Dursunovdur. Şirkət 2023-cü ilin noyabr ayında uçota alınıb. Qeyd edək ki, A.Dursunov “Fizza Pay” MMC-nin (fpay.az) direktoru və “BOSS GROUP” MMC-nin təsisçisidir.
Ümumilikdə bu il ərzində Azərbaycanda 15 internet operator və provayderinin uçotu ləğv olunub.
Bunlardan 4-nün uçotunun ləğv edilmə səbəbi hüquqi şəxsin yenidən təşkili olub. Sözügedən şirkətlər “AG Telekom” MMC (“Uninet” MMC-yə qoşulma), “Rahat Telekom” MMC (“AG TELEKOM” MMC-yə qoşulma), “SN Telecom” MMC (“AG Telekom” MMC-yə qoşulma), “Megalink” MMC-dir (“Uninet” MMC-yə qoşulma).
2 şirkətin uçotu uçota alınma üçün təqdim edilmiş sənədlərdə sonralar düzgün olmayan məlumatların aşkar edilməsi səbəbilə ləğv edilib. Bunlar “Bilev Net” MMC və “Premiumnetaz” MMC-dir.
Digər 9 şirkətin isə fəaliyyətini dayandırma səbəbilə uçotu ləğv olunub. “Beeonline” ASC, “Sky Net” MMC, “Vvorld line” MMC, “Portflix” MMC, “Naxtel” MMC, “Bronet” MMC, “Ailəmnet" MMC, “Robonet” MMC, “Bravo technologies” MMC-dir.
Məlumat üçün deyək ki, Azərbaycanda internet operator və provayderlərinin uçota alınmasını və uçotunun ləğvini Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi həyata keçirir. (Plat.az)
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












