Azərbaycanda bu məhsulların ixrac rüsumu 20 dəfə ARTIRILDI - SƏBƏB - FOTO

Azərbaycanda misdən hazırlanan vint, bolt və qaykaların ixracına tətbiq olunan gömrük rüsumu 20 dəfə artırılıb.
Baş nazir Əli Əsədovun imzaladığı qərarla bu məhsullar üçün ixrac gömrük rüsumunun hər tona görə 15 ABŞ dollarından 300 ABŞ dollarına qaldırılması və yeni rüsumun 2029-cu ilin sonunadək tətbiq edilməsi nəzərdə tutulub.
Avtosfer.az xəbər verir ki, Milli Məclisin deputatı Müşfiq Cəfərov qərarın mahiyyəti ilə bağlı Oxu.Az-a danışıb.

Deputat bildirib ki, Azərbaycanın mis və mis məmulatlarının ixrac rüsumlarını artırmaqda və yüksək rüsumların tətbiq müddətini uzatmaqda əsas məqsədi daxili sənaye istehsalını qorumaq, xammalın ölkədən kütləvi şəkildə çıxarılmasının qarşısını almaq və yerli emal sənayesini təşviq etməkdir:
"Artıq dünyada mis strateji xammal hesab olunur. Ölkədə fəaliyyət göstərən metallurgiya, kabel və digər sənaye müəssisələrinin mis xammalına, saflaşdırılmamış misə, mis qırıntıları və tullantılarına olan tələbatını daxili resurslar hesabına ödəmək əsas hədəfdir. İxrac rüsumunun yüksək olması xammalın kütləvi şəkildə xaricə axınının qarşısını alır və yerli sənayenin rəqabətqabiliyyətliliyini artırır.
Dövlət xammal şəklində ixracı məhdudlaşdırmaqla yerli şirkətləri həmin xammalı ölkə daxilində emal etməyə təşviq edir. Bununla da ölkənin sadə xammal ixracatçısı kimi çıxış etməsi əvəzinə, daha yüksək əlavə dəyər yaradan hazır metallurgiya məhsullarının istehsalına şərait yaranacaq".
Bakının mərkəzi küçələrindəki məktəblərdə distant təhsil nə dərəcədə effektivdir? - AÇIQLAMA
Bu universitetdə də dərslər onlayn təşkil olunacaq
Bakıdakı bəzi dövlət qurumları distant iş rejiminə KEÇİR
Sürücülərin nəzərinə: Bu yollarda hərəkət məhdudlaşdırılacaq
Bakıda iki küçədə avtobus zolaqları təşkil edildi - FOTO
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
Bu küçədə hərəkət qismən MƏHDUDLAŞDIRILACAQ
Uşaqlarınızı qoruyun: Qonşu ölkədə bu virus sürətlə yayılır
Yol polisi hava şəraiti ilə bağlı sürücülərə müraciət edib
Antiterror əməliyyatında polis əməkdaşlarının qəhrəmanlığı - VİDEO
Sərnişinlər bu marşrutun fəaliyyətindən narazıdırlar - VİDEO












