Azərbaycanda ən böyük körpü nə zaman istifadəyə veriləcək?

Prezident İlham Əliyev Şamaxı rayonunda "Şirvan Aqro" heyvandarlıq kompleksinin açılışında müəssisə əməkdaşları ilə görüşüb.
Avtosfer.az xəbər verir ki, görüş zamanı dövlət başçısı Şamaxının ölkəmizin turizm mərkəzlərindən birinə çevrildiyini və bu işdə yolların əhəmiyyətini də vurğulayıb.
"Şamaxı-Bakı avtomobil yolu da çox müasirdir. İndi həm Bakı ilə, həm ölkəmizin həm qərb, şimal-qərb bölgələri ilə əlaqə üçün yeni imkanlar var. İndi Şamaxı-İsmayıllı-Qəbələ yeni avtomobil yolu inşa edilir. Orada inşa olunan körpü ölkəmizdə ən böyüyüdür, yəqin ki, biz onu gələn il istifadəyə verəcəyik. Ölkə ərazisində bağlantılar məsələləri də öz həllini tapır. Elə etməliyik ki, insanlarımız daha yaxşı yaşasın, iş yerləri olsun, dolanışıq yaxşı olsun", - Prezident deyib.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












