Azərbaycanda futbolçu HƏBS OLUNDU

Sosial şəbəkələrdə əxlaq normalarını pozan tiktoker həbs olunub.
Avtosfer.az Lent.az-a istinadən xəbər verir ki, 31 yaşlı Əsgər Əsgərov (şərti adla) "TikTok" sosial şəbəkəsində özünə məxsus "aska_asgarov999" hesabında canlı yayım açaraq, nalayiq ifadələr işlədib. Bununla da, o, ictimai mənəviyyatı təhqir və cəmiyyətə açıqca hörmətsizlik edən hərəkətlərə yol verib.
Faktla bağlı həmin şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq, barəsində İnzibati Xətalar Məcəlləsinin 510.2-ci (internet informasiya ehtiyatında və ya informasiya-telekommunikasiya şəbəkəsində kütləvi nümayiş etdirildiyi halda ictimai mənəviyyatı təhqir edən, cəmiyyətə açıqca hörmətsizlik ifadə edən hərəkətlərin edilməsinə, yəni əxlaqsız ifadələrin səsləndirilməsinə və ya belə məzmun təəssüratı yaradan jestlərin edilməsinə, yaxud insan bədəninin hissələrinin əxlaq normalarına və milli-mənəvi dəyərlərə zidd formada göstərilməsinə görə) maddəsi ilə protokol tərtib olunub.
Futbolçu olan Əsgər Əsgərov ifadəsində bildirib ki, canlı yayım açdığı zaman bir nəfər onu təhqir etdiyi üçün, o da qarşılıq olaraq nalayiq ifadələr işlədib. Əsgərov əməlindən peşman olduğunu və ilk dəfədir ki, belə şey etdiyini deyərək, barəsində qanuni tədbir görülməsini istəyib.
Məhkəmənin qərarı ilə Ə.Əsgərov 20 gün müddətinə inzibati qaydada həbs edilib.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












