Azərbaycanda hava kəskin dəyişəcək: FHN xəbərdarlıq etdi

Fövqəladə Hallar Nazirliyi (FHN) gözlənilən qeyri-sabit hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib.
Avtosfer.az xəbər verir ki, bu barədə FHN məlumat yayıb.
Qeyd edilib ki, Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, ölkə ərazisində avqustun 30-u axşamdan sentyabrın 1-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə intensiv yağış yağacağı, bəzi dağ çaylarından qısamüddətli sel keçəcəyi, güclü külək əsəcəyi və şimşək çaxacağı proqnozlaşdırılır.
FHN əhaliyə mümkün təhlükələrdən qorunmaq üçün müvafiq təhlükəsizlik qaydalarına əməl etməyi tövsiyə edib.
Nazirlik bildirib ki, yağıntılarla əlaqədar bəzi çaylarda mümkün sel və daşqınlardan qorunmaq üçün sel və daşqın təhlükəsi olan ərazilərdən uzaq durmaq, təhlükə yarandıqda isə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq lazımdır.
Güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəklərinin və naqillərinin, eləcə də hündür ağacların altında dayanmamaq tövsiyə olunur.
FHN-dən bildirilib:
"Eləcə də, kiçikhəcmli gəmi istifadəçiləri belə hava şəraitində dənizə çıxmağın qadağan olduğunu nəzərə almalıdırlar. Yay fəslində insanların istirahət üçün çimərliklərə üz tutduğunu nəzərə alaraq xatırladırıq ki, güclü küləkli havada dənizə girmək təhlükəlidir.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün ildırım çaxarkən elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətləri, ildırımötürücülər, navalçalar və antenalara yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq tövsiyə edilir.
Avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək lazımdır.
Unutmayın: Qaydalara biganəlik - həyatımıza təhlükədir! Təhlükə zamanı 112-yə zəng edin!"
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












