Azərbaycanda nəqliyyat dəhlizləri ilə yükdaşımalar artıb

2026-cı ilin yanvar-may aylarında Azərbaycan ərazisindən keçən nəqliyyat dəhlizləri ilə dəmir yolu, dəniz və avtomobil nəqliyyatı vasitəsilə ümumilikdə 13 milyon 543,2 min ton yük daşınıb.
Avtosfer.az xəbər verir ki, Dövlət Statistika Komitəsinin hesabatına əsasən, hesabat dövründə nəqliyyat dəhlizləri üzrə dəmir yolu ilə 6 milyon 159,7 min ton, dəniz nəqliyyatı ilə 2 milyon 652,5 min ton, avtomobil nəqliyyatı ilə isə 4 milyon 731 min ton yük daşınıb.
Məlumata görə, nəqliyyat dəhlizlərinin ümumi yükdaşımalarında dəmir yolu nəqliyyatı 45,5% payla ilk yerdə qərarlaşıb. Avtomobil nəqliyyatı 34,9%, dəniz nəqliyyatı isə 19,6% paya malik olub.
Ötən ilin eyni dövrü ilə müqayisədə dəmir yolu ilə yükdaşımaların həcmi 3,3%, avtomobil nəqliyyatı ilə yükdaşımalar isə 5,9% artıb. Eyni zamanda, dəniz nəqliyyatı ilə daşınan yüklərin həcmi 13,3% azalıb.
Qeyd edək ki, 2025-ci ilin yanvar-may aylarında nəqliyyat dəhlizlərində dəmir yolu ilə 5 milyon 961,8 min ton, dəniz nəqliyyatı ilə 3 milyon 51,3 min ton, avtomobil nəqliyyatı ilə isə 4 milyon 468,9 min ton yük daşınıb.
Yol idarəsinin rəisi həbs edilib: Mingəçevirdə silahlı insident
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO












