Azərbaycanda nəqliyyat xidmətlərinin həcmi artdı

2026-cı ilin yanvar-avqust aylarında Azərbaycanda nəqliyyat və anbar təsərrüfatı sahəsində 10 milyard 931.9 milyon manatlıq xidmət göstərilib.
Avtosfer.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsinin məlumatında bildirilir.
Məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə real ifadədə 8.7 faiz çoxdur. Göstərilən xidmətlərin 6 milyard 495.8 milyon manatı və ya 59.4 faizi yük daşınmasının, 3 milyard 71.5 milyon manatı və ya 28.1 faizi sərnişin daşınmasının, 1 milyard 364.6 milyon manatı və ya 12.5 faizi isə anbar təsərrüfatı və poçt xidmətlərinin payına düşüb.
"Hesabat dövründə nəqliyyat sektorunda 162.7 milyon ton yük daşınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 3 faiz artım deməkdir.
Daşınan yüklərin 63.4 faizi avtomobil, 25.3 faizi boru kəməri, 7.5 faizi dəmir yolu, 3.6 faizi dəniz, 0.2 faizi isə hava nəqliyyatının payına düşüb. Yanvar-avqust aylarında daşınmış sərnişinlərin sayı da artıb. Belə ki, 1 milyard 491.1 milyon sərnişin daşınıb ki, bu da illik müqayisədə 9.6 faiz çoxdur. Sərnişinlərin 89.8 faizi avtomobil nəqliyyatı, 9.5 faizi metro, 0.7 faizi isə digər nəqliyyat növləri ilə daşınıb", - deyə məlumatda bildirilir.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












