Banner

Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI

Xəbərlər 21 Sentyabr 2026 15:41
Azərbaycanda xarici investisiyaların artımı hansı təsirləri göstərəcək? – İQTİSADÇI
WhatsApp kanalımıza abunə olun

Azərbaycana xarici investisiyaların həcminin artması ölkə iqtisadiyyatında diqqət çəkən göstəricilərdən biridir. Xarici sərmayənin genişlənməsi biznes mühitinə, yeni layihələrin reallaşmasına və iqtisadi fəallığa təsir göstərə bilər.

Avtosfer.az xəbər verir ki, Asiya İnkişaf Bankının məlumatına görə, Azərbaycana birbaşa xarici investisiyalar 2026-cı ilin ilk 6 ayında illik müqayisədə 17,8 faiz artıb. Bu artımın iqtisadiyyata real təsirləri nələrdir və xarici investisiyaların əhalinin gəlirlərinə, məşğulluğa və yerli sahibkarlığın inkişafına təsiri necə ola bilər?

Mövzu ilə bağlı iqtisadçı Xalid Kərimli bildirib ki, birbaşa xarici investisiyaların artması müsbətdir:


''Hansı səbəbdən artmasından asılı olmayaraq, artımın özü yaxşı haldır. Amma bu, avtomatik olaraq biznes mühitinin yaxşılaşdığını göstərmir. Konkret olaraq investisiyaların strukturuna baxmaq lazımdır. Hansı sahələrə artır, hansı ölkələrdən gəlir, hansı layihələrə yatırılır və hansı formada həyata keçirilir. Yəni, bunu tərkibinə görə analiz etmək lazımdır. Məncə, bu artım daha çox iri enerji və infrastruktur layihələri, yaxud neft-qaz sektorunda əvvəlki razılaşmaların davamı ilə bağlı ola bilər. Burada baxmaq lazımdır ki, investisiya hansı sahəyə və hansı formada qoyulub. Söhbət neft və enerji sektorundan gedirsə və burada dövlət birbaşa öhdəlik götürürsə, bu, ümumiyyətlə, biznes mühitini tam xarakterizə etmir. Ona görə də avtomatik olaraq belə düşünmək olmaz. Təbii ki, müsbət siqnaldır, amma avtomatik olaraq biznes mühitinin yaxşılaşmasını izah etmir''.
İqtidadçı qeyd edib ki, xarici investisiyaların artması əhalinin gəlirlərinə, yeni iş yerlərinin yaranmasına və yerli sahibkarlığa müsbət təsir göstərə bilər:
''Çünki həmin investisiyalar yerli sahibkarlara da sifariş verə bilər. Beləliklə, iqtisadiyyatda pul kütləsi artır və bunun müxtəlif sahələrə yayılması baş verir. Bunların hamısı müsbət haldır. Ancaq yenə də burada investisiyanın keyfiyyəti çox vacibdir. Avtomatik olaraq düşünməməliyik ki, investisiya qoyulan kimi insanların gəlirləri artır və ya biznes dövriyyəsi genişlənir. Məsələn, elə layihəyə investisiya qoyula bilər ki, yalnız bir avadanlıq gətirilir və həmin avadanlıqla iki nəfər işləyir. Burada əsas məsələ investisiyanın kapitaltutumlu, yoxsa əməktutumlu olmasıdır. Böyük həcmdə investisiya qoyula bilər, amma həmin investisiya çox az iş yeri yaradırsa, onun iqtisadi və sosial effekti də daha az olacaq. Ona görə də yalnız investisiyanın həcminə əsaslanaraq tam nəticə çıxarmaq mümkün deyil''.

Fatimə

Oxunub : 74
ŞƏRH YAZ
Ad

E-mail

Şərh