Azərbaycandan keçməklə Ermənistana daşınan yükün həcmi açıqlandı

"Bir il ərzində Azərbaycandan keçməklə Ermənistana və Ermənistandan ümumilikdə 60 mindən çox ton yük daşınıb".
Avtosfer.az xəbər verir ki, bu fikirləri xarici işlər nazirinin müavini Elnur Məmmədov İkinci Beynəlxalq İnvestisiya forumu çərçivəsində keçirilən "Orta Dəhliz: Ticarət, sənaye və əlaqə potensialının açılması" adlı paneldə deyib.
O xatırladıb ki, Azərbaycan Ermənistana 20 min tondan çox neft məhsulu da tədarük edib:
"Hazırda iki ölkə ikitərəfli ticarətin artırılması istiqamətində işlərini davam etdirir. İndi mühüm komponentlərdən biri TRIPP marşrutudur. Multimodal tranzit marşrutu olan TRIPP artıq ideyadan reallığa çevrilir. Biz indi bu arzunu həyata keçiririk. Zəngəzur dəhlizinin, TRIPP üçün istifadə olunan digər termin olaraq, inkişafında əhəmiyyətli irəliləyiş əldə etmişik. Avtomobil yolunun 95 faizi, dəmir yolunun isə 75 faizi artıq tikilib və hər ikisinin gələn ilin birinci yarısında tamamlanması gözlənilir. Ermənistanda mühəndislik xidmətləri artıq həyata keçirilir".
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












