Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana propan və gübrə göndəriləcək - YENİLƏNİB

Bu gün Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, 14 vaqonda ümumi çəkisi 470 ton olan propan və 5 vaqonda ümumi çəkisi 339 ton olan gübrə "Azərbaycan Dəmir Yolları" QSC-nin Biləcəri Dəmiryol Stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.
Daha sonra qatar Böyük Kəsik Dəmiryol Stansiyasından Gürcüstana keçəcək, oradan isə Ermənistan istiqamətində hərəkət edəcək.
İndiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 36 min tondan çox taxıl, 8 min tona yaxın gübrə, 1 136 ton propan, 133 ton alüminium və 414 ton antrasit göndərilib.
Eyni zamanda, indiyədək Azərbaycandan Ermənistana 14 min tondan çox dizel, 5 min tona yaxın Aİ-92 və Aİ-95 markalı benzin ixrac olunub.
***13:11
Bu gün Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana 14 vaqon propan, 5 vaqon gübrə göndəriləcək.
Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə "Azərbaycan Dəmir Yolları" (ADY) QSC məlumat yayıb.
Bakıda yağış yağanda niyə yollar iflic olur? – Tıxacın gizli səbəbləri
Uşağa şiddət göstərən valideynləri hansı cəza gözləyir? – HÜQUQŞÜNAS
Sürücülərin nəzərinə: Görünüş məsafəsi məhdudlaşacaq
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR












