Azərbaycanlı tır sürücüləri İran sərhədini tərk edə bilmirlər - VİDEO

Azərbaycanlı yük maşını sürücüləri 15 gündür ki, onları İranda saxlayıblar və maşındakı yükləri xarab olub.
Avtosfer.az-ın məlumatına görə. sürücülər deyirlər ki, məhsulu İrandan Rusiyaya sifariş əsasında aparmalı imişlər. Ancaq uzun müddət gözləmələri onların həm özləri, həm də daşıdıqları yüklər üçün ciddi problemlər yaradıb.
"Xəzər Xəbər"in qaynar xəttinə müraciət edən sürücülər deyirlər ki, hər TIR-da təxminən 20 ton ərik var. Əriyin bir kiloqramını 7 manatdan hesablayanda, bu o deməkdir ki, hər maşında 80-100 min manatlıq məhsul xarab olub. Sürücülər 15 gündür İranda çətin şəraitdə qaldıqlarını bildirirlər:
Sürücülərin sözlərinə görə, Rusiya tərəfi, daha doğrusu, məhsulun gətirilməsini sifariş edən firma yüklərin xarab olduğunu əsas gətirərək onları qəbul edə bilməyəcəyini deyir. İran tərəfi isə xarab olmuş məhsulu boşaltmağa icazə vermir. Hazırda sürücülər İran-Astara gömrük məntəqəsində maşınların içərisində xarab olmuş yüklərlə nə edəcəklərini bilmirlər. Onlar bildirirlər ki, hər keçən gün vəziyyət daha da çətinləşir.
Həmin sürücülərə məhsulun gətirilməsini sifariş edən firmanın rəsmiləri ilə əlaqə saxlamağa çalışsaq da, bu mümkün olmadı.
Yerli aidiyyəti qurumlarn isə məsələnin araşdırılacağını bildirdilər.
Bayram günlərində Beynəlxalq Avtovağzaldan 38 minə yaxın sərnişin daşınıb
Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO












