Azərbaycanlıların güllələnməsi hadisəsi milli zəmində baş verməyib

Ukraynanın Kiyev vilayətinin Fastiv şəhərində güllələnən azərbaycanlılarla bağlı hadisənin təfərrüatları və hadisəni törədənin kimliyi məlum olub.
Avtosfer.az xəbər verir ki, Ukrayna hüquq mühafizə orqanlarındakı mənbədən report-a bildirilib ki, hadisəni törədən şəxs 1973-cü il təvəllüdlü, Ukrayna vətəndaşı, Fastiv şəhər sakini İvanenko Oleksandr Volodimiroviçdir.
O, 2022-ci ilin yazından 2023-cü ilin payızına qədər Ukrayna ordusunda döyüşüb.
Kiyev vilayət prokurorluğunun rəhbəri Dmitro Prokudin isə hadisəni təfərrüatları ilə bağlı "Report"un Şərqi Avropa bürosuna açıqlamasında bildirib ki, hadisə avqustun 31-də baş verib və qətli törədən şəxslə küçədə qarpız satan şəxslər arasında insident yaşanıb.
O qeyd edib ki, qarpız satan şəxslər etnik azərbaycanlılardır və Ukrayna vətəndaşlarıdırlar:
"Bu, ata Rəhimov Fərman və oğlu İsmayıl olub. Onlara yaxınlaşan həmin şəxslə söhbəti zamanı aralarında münaqişə yaranıb. Yaxınlaşan şəxs keçmiş hərbçi olub. Mübahisə münaqişəyə çevrilərkən 52 yaşlı Fastiv sakini evinə gedərək tapança götürüb, geri qayıdaraq ata və oğulu güllələməyə başlayıb. Nəticədə Rəhimov İsmayıl dünyasını dəyişib. Yaralı ataya lazımi köməklik göstərilib. Xoşbəxtlikdən onun zədəsi ciddi deyildi və o qədər də ağır nəticələrə səbəb olmayıb. O artıq xəstəxanadan çıxıb, indi oğlunun dəfni ilə məşğuldur".
Prokuror bildirib ki, hadisə yerinə ilk olaraq təsadüfən həmin ərazidə olan polis əməkdaşı gəlib:
"Həmin an o, xidmətdə olmayıb, amma vətəndaşlıq borcunu yerinə yetirib. Polis əli silahlı şəxsi dərhal saxlayıb. Sonra hadisə yerinə digər hüquq-mühafizə orqanlarının nümayəndələri gəlib, hücum edən şəxsi həbs ediblər".
Dmitro Prokudin həmin şəxsə qarşı Ukrayna Cinayət Məcəlləsinin üç maddəsi ilə ittiham irəli sürdüyünü bildirib.
"Bu maddələrin ən ağırı iki və ya daha çox şəxsi öldürməyə cəhddir. Məhkəmə onu təqsirli bildiyi halda, bu maddələr ilə onu ömürlük həbs cəzası gözləyir".
Prokuror qeyd edib ki, bütün lazımi ekspertizalar təyin edilib. Onun sözlərinə görə, hazırda ibtidai istintaqda bu cinayətin irqi və ya milli ədavət və ya düşmənçilik zəminində törədildiyi barədə heç bir hal və ya əsas müəyyən edilməyib.
Sahibkarlara vaxt verildi: Məhsulların etiketləri yeni tələblərə uyğunlaşdırılacaq - VİDEO
Kamçatkada köməksiz qalan azərbaycanlı aparıcıdan XƏBƏR VAR - FOTO
Aİ-də yanacaq qiymətləri kəskin artdı: 27 ölkədən 25-də bahalaşma
Bakı Metropolitenindən bloqerin şikayətinə cavab - “Xətdən qatar çıxarılmayıb” - VİDEO
Yaşayış olan binada söküntü aparılır: Sakinlər narazıdır - VİDEO
Bakıda mübahisəli cərimə: DYP araşdırmalara başladı - VİDEO
Bakının üç küçəsində nəqliyyatın hərəkəti MƏHDUDLAŞDIRILACAQ
Zabit olmaq istəyənlərin NƏZƏRİNƏ! - DİN müsabiqə elan etdi - FOTO
Sürücü ''Meqa'' sığorta şirkətindən şikayətçidir - VİDEO
Orada təmiz ətin kilosu 11 manatdır, Bakıda isə 18 manat – SƏBƏB
İçib "TikTok"da canlı yayım açaraq söyüş söyən ÜÇ UŞAQ ANASI SAXLANILDI










