“AzInTelecom”un əməkdaşları Ağdamda 300 ağac əkib - FOTOLAR

“AZCON Holding” şirkətlərindən olan “AzInTelecom” MMC 8 Noyabr - Zəfər Gününün altıncı ildönümünə həsr edilən ağacəkmə aksiyası keçirib.
Avtosfer.az xəbər verir ki, aksiya Ağdam rayonunun işğaldan azad edilmiş Sarıcalı kəndində baş tutub.
Tədbir şəhidlərimizin əziz xatirəsinin birdəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Aksiya çərçivəsində “AzInTelecom” əməkdaşları Sarıcalı kəndində ümumilikdə 300 ağac əkib və ilkin suvarma işləri aparıblar.
Qeyd edək ki, tədbir Ağdam, Füzuli və Xocavənd rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi Nümayəndəliyinin və “Qayıdış könüllüləri” İctimai Birliyinin dəstəyi ilə həyata keçirilib.
Aksiyanın keçirilməsində məqsəd Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərimizdə ekoloji mühitin bərpasına dəstək göstərmək və yaşıllıq sahələrini genişləndirmək olub.
“AzInTelecom” MMC bundan sonra da Korporativ Sosial Məsuliyyət üzrə təşəbbüslərini davam etdirərək ətraf mühitin qorunmasına və dayanıqlı inkişafın dəstəklənməsinə töhfə verəcək.








Bu yolda sürət həddi AZALDILDI
Bakı Avtovağzalı bayram günlərində gücləndirilmiş iş rejiminə keçəcək - FOTO
Real şəhər mühitində sürücülərin təcrübəsi necə artırıla bilər? - AÇIQLAMA
Əvəz Qocayevin kürəkəninin dələduzluq işi üzrə məhkəmə başladı - FOTO
Traktorların satışı və ehtiyat hissələrinin idxalı 6 il müddətinə ƏDV-dən azad olunacaq
Bakının iki qəsəbəsində yollarda hərəkət məhdudlaşdırılacaq
Polad Həşimovun anasının səhhətində problem yarandı: Xəstəxanaya yerləşdirildi
TTM-də 200 minlik mənimsəmə: Polkovnikin və digərlərinin məhkəməsi başladı
Bakıda kirayə qiymətlərinin artmasının əsas səbəbi nədir? – İQTİSADÇI
Üzrlü səbəbdən qayıb limitini aşan tələbə imtahana buraxılır? – RƏSMİ
Azərbaycan–Çin Sənaye Parkı ölkəyə hansı iqtisadi faydaları verəcək? – POLİTOLOQ












