Bakı aeroportu payız-qış uçuş cədvəlinə keçir

Heydər Əliyev Beynəlxalq Aeroportu oktyabrın 25-dən payız-qış uçuş cədvəlinə keçir.
Bu barədə Avtosfer.az-a Bakı aeroportundan məlumat verilib.
Bildirilib ki, 2027-ci il martın 27-dək davam edəcək mövsümün proqramı Avropa, Türkiyə, Yaxın Şərq, Mərkəzi, Cənubi və Şərqi Asiya, eləcə də digər istiqamətlər üzrə beynəlxalq reysləri əhatə edir.
Avropa üzrə uçuş coğrafiyasına London, Paris, Berlin, Frankfurt, Roma, Milan, Vyana, Barselona, Budapeşt, Varşava, Praqa, Belqrad və Kişineu kimi şəhərlər daxildir. Mövcud cədvələ əsasən, Bratislava istiqamətində uçuşlar oktyabrın 28-dən planlaşdırılır.
Türkiyə istiqamətində İstanbul və Sabiha Gökçən hava limanlarına, həmçinin Ankara, Antalya, İzmir və Trabzona reyslər nəzərdə tutulur.
Yaxın Şərq istiqamətləri arasında Dubay, Şarja, Əbu-Dabi, Doha, Küveyt, Ər-Riyad və Ciddə yer alır. Qış aylarında istirahət planlaşdıran sərnişinlər üçün Şarm əl-Şeyx və Male istiqamətlərinə uçuşlar da mövsümi cədvələ daxildir.
Mərkəzi Asiya üzrə Almatı, Astana, Aktau, Daşkənd, Səmərqənd, Bişkek və Düşənbə kimi şəhərlərə reyslər planlaşdırılır. Cənubi və Şərqi Asiya üzrə uçuş proqramı isə Dehli, Mumbai, İslamabad, Lahor, Pekin və Urumçi istiqamətlərini əhatə edir.
"Payız-qış cədvəli üzrə reyslər "Azerbaijan Airlines", "Air Arabia", "Air Astana", "China Southern Airlines", "flydubai", "IndiGo", "Lufthansa", "Pegasus Airlines", "Qatar Airways", "Turkish Airlines", "Uzbekistan Airways", "Wizz Air" və digər aviaşirkətlər tərəfindən yerinə yetiriləcək.
Uçuş günləri və tezlikləri istiqamətə və mövsümün dövrünə görə fərqlənə bilər. Sərnişinlərə səfərlərini planlaşdırarkən seçdikləri tarixlər üzrə aktual cədvəli aviaşirkətlərin rəsmi kanallarından dəqiqləşdirmək tövsiyə olunur", - məlumatda qeyd olunub.
Kreditlə avtomobil alanların diqqətinə - Bu risk var
Bu şəxslərə əməkhaqqı ilə bağlı MÜHÜM XƏBƏR - RƏSMİ
8 müntəzəm marşrutun hərəkəti alternativ küçələrlə təşkil ediləcək
İşini itirənlərin kredit borcunu sığorta ödəyəcək? – İQTİSADÇI
İlham Əliyev Fərman İMZALADI
Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: 300 min manatdan artıq dələduzluq
Prezident Qarabağ və Şərqi Zəngəzurdakı nəqliyyat infrastrukturundan danışdı
Bakının iki rayonunda nəqliyyatın hərəkətinə məhdudiyyət qoyulacaq
Avtomobil satışı adı ilə dələduzluq: 600 min manata yaxın ziyan vurdu
Bu gün dəmiryolçuların peşə bayramıdır - VİDEO
İlham Əliyevin sosial şəbəkə hesablarında Hun Manetin səfərinə dair video paylaşılıb - VİDEO












