Bakı Avtovağzalında artım: Rəqəmlər açıqlandı - FOTO

Bu ilin iyul-avqusta aylarında Bakı Beynəlxalq Avtovağzal Kompleksindən (BBAK) yola düşən sərnişinlərin sayında artım qeydə alınıb.
Avtosfer.az xəbər verir ki, bu barədə Bakı Beynəlxalq Avtovağzal Kompleksi məlumat yayıb.
Bildirilib ki, iyul ayında 198 812 sərnişin rahat və təhlükəsiz səyahət üçün BBAK-ı seçmişdirsə, avqust ayında bu rəqəm 202 356 nəfər olub. Bu isə rəqəmlə ifadədə 3 544 nəfər və ya 1,8% artım deməkdir.
Onlayn bilet alan sərnişinlərin sayında da müsbət dinamika müşahidə olunub. İyulda sərnişinlər biletim.az portalı üzərindən 77 667 bilet aldığı halda, avqustda bu göstərici 79 534 nəfərə çatıb. Beləliklə, onlayn bilet alan sərnişinlərin sayı 1 867 nəfər və ya 2,4% artıb.
Bununla da onlayn bilet alan sərnişinlərin sayı 39,1%-dən 39,3%-ə yüksəlib.
Artan göstəricilər vətəndaşların Bakı Beynəlxalq Avtovağzal Kompleksinə və onlayn bilet xidmətinə marağının artdığını deməyə əsas verir.

Bakı-Sumqayıt yolunda tıxac: Sürücülər saatlardır yolda qalıblar - FOTO
Maşını bordürün üstündən keçirən sürücü SAXLANILDI - VİDEO - FOTO
Dekabrda neçə gün iş olmayacaq?
Ekspert: "Skuter sürücüləri cərimə olmadığından qaydaları pozurlar" - FOTO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Naxçıvanda gənc əsgər naməlum şəraitdə ölüb - FOTO
5 günlük tətil başlayır - TARİXLƏR
İmişlidəki qəzada ölən sürücü Füzuli aeroportunun əməkdaşı imiş
Yağışlara görə bu QƏRAR VERİLDİ
Zakir Həsənov koronavirusa YOLUXDU - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq












