Banner

Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT

Xəbərlər 14 Sentyabr 2026 23:07
Bakı-Kuryk bərə xətti ilə səyahət Azərbaycana nə qazandıracaq? - DEPUTAT
WhatsApp kanalımıza abunə olun

Kuryk–Bakı (Ələt) bərə xəttində sərnişin daşımalarının bərpası Azərbaycanla Qazaxıstan arasında nəqliyyat əlaqələrinin genişləndirilməsi baxımından mühüm addım ola bilər. Xəzər dənizi üzərindən sərnişin daşımalarının yenidən təşkil edilməsi həm regionda alternativ nəqliyyat imkanlarının artırılması, həm də Azərbaycanın tranzit mövqeyinin gücləndirilməsi baxımından diqqət çəkir.

Avtosfer.az xəbər verir ki, bərə reyslərinin bərpası Bakı ilə Qazaxıstan arasında gediş-gəlişi asanlaşdırmaqla yanaşı, sərnişinlər üçün alternativ marşrut imkanlarını da genişləndirə bilər. Bəs bu xəttin fəaliyyətinin bərpası Azərbaycanın Xəzər üzərindən nəqliyyat əlaqələrinin inkişafına və regiondakı tranzit mövqeyinə necə təsir göstərəcək?

Mövzu ilə bağlı Milli Məclisin depuatı Arzuxan Əlizadə Avtosfer.az-a açıqlamasında bildirib ki, Kuryk–Bakı (Ələt) bərə xəttində sərnişin daşımalarının bərpası Azərbaycanın Xəzər dənizi üzərindən nəqliyyat əlaqələrinin genişləndirilməsi və ölkəmizin regional tranzit imkanlarının gücləndirilməsi baxımından mühüm addım ola bilər:

''Azərbaycan Şərq-Qərb nəqliyyat dəhlizinin əsas həlqələrindən biri kimi çıxış edir və Xəzər üzərindən Qazaxıstanla birbaşa əlaqələrin inkişafı bu mövqeyi daha da möhkəmləndirir. Sərnişin daşımalarının bərpası həm nəqliyyat əlaqələrinin şaxələndirilməsinə, həm də Xəzərin iki sahili arasında qarşılıqlı səfərlərin artmasına şərait yarada bilər. Bu reyslərin bərpası Bakı ilə Qazaxıstan arasında gediş-gəliş imkanlarını da əhəmiyyətli dərəcədə genişləndirə bilər. Hazırda iki ölkə arasında hava nəqliyyatı əsas vasitələrdən biri olsa da, alternativ marşrutların mövcudluğu sərnişinlər üçün seçim imkanlarını artırır. Xüsusilə avtomobil və dəmir yolu ilə səyahət edən şəxslər üçün bərə nəqliyyatının kombinə edilmiş marşrutlar çərçivəsində istifadəsi həm rahatlıq, həm də logistika baxımından əlavə üstünlüklər yarada bilər.

Ümumilikdə, sərnişin bərə əlaqəsinin bərpasına yalnız nəqliyyat məsələsi kimi deyil, Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında iqtisadi, turizm və humanitar əlaqələrin inkişafına xidmət edən mühüm layihə kimi yanaşmaq lazımdır. Reyslərin davamlı və səmərəli təşkili təmin olunarsa, bu xətt Xəzər üzərindən sərnişin və yük daşımalarının artmasına, Bakı–Qazaxıstan əlaqələrinin daha da intensivləşməsinə və Azərbaycanın tranzit mərkəzi kimi rolunun güclənməsinə müsbət təsir göstərə bilər''.

Fatimə

Oxunub : 120
ŞƏRH YAZ
Ad

E-mail

Şərh