Bakı limanında daşınan yük miqdarı çoxalması yollarda sıxlığa təsir edə bilər? - EKSPERT

Bakı Limanının konteyner gücünün 500 min TEU-ya çatdırılması planlaşdırılır. Yük dövriyyəsinin artması Azərbaycanın tranzit imkanlarını genişləndirsə də, limana daxil olan və çıxan yük avtomobillərinin sayının artması paytaxt yollarında nəqliyyat yükünü də artıra bilər.
Avtosfer.az xəbər verir ki, yük həcminin artması fonunda paytaxtda yük avtomobillərinin hərəkətinin tənzimlənməsi də aktuallaşır. Bəs artan yük axınının Bakı yollarında əlavə tıxac yaratmaması üçün hansı tədbirlər görülməlidir?
Mövzu ilə bağlı nəqliyyat eksperti Yasin Mustafayev Avtosfer.az-a açıqlamasında bildirib ki, liman 2018-ci ildə Ələt ərazisində inşa edilib və hazırda yükdaşımaların böyük hissəsi məhz buradan həyata keçirilir:

''Limanın yaradılmasında əsas məqsədlərdən biri Orta Dəhlizin fəaliyyətini gücləndirmək və yükdaşımaları daha səmərəli şəkildə təşkil etməkdir. Hazırda Çindən İngiltərəyə qədər uzanan yükdaşımaların Orta Dəhliz vasitəsilə həyata keçirilməsi istiqamətində işlər aparılır. Həmçinin Türkmənistan və Qazaxıstandan gələn gəmilər və bərələr Bakı Beynəlxalq Dəniz Limanına yaxınlaşır, burada yüklər boşaldılır və daha sonra təyinat yerindən asılı olaraq dəmir yolu və avtomobil nəqliyyatı ilə daşınır. Gələcəkdə hava nəqliyyatından da bu istiqamətdə istifadə imkanlarının genişləndirilməsi nəzərdə tutulur. Bu baxımdan, limanın konteyner gücünün artırılmasının Bakı şəhərində nəqliyyat sıxlığını ciddi şəkildə artıracağı ilə bağlı narahatlıq üçün əsas yoxdur. Çünki Bakı Beynəlxalq Dəniz Limanı şəhərdən təxminən 50-60 kilometr məsafədə yerləşir. Limana daxil olan yüklərin yalnız Bakı şəhərinə yönələn hissəsi paytaxta daxil olacaq. Beynəlxalq tranzit yüklərinin böyük hissəsi isə Bakı şəhərinə daxil olmadan öz marşrutu üzrə hərəkətini davam etdirəcək. Ona görə də limanın yük dövriyyəsinin və konteyner gücünün artırılması Bakı şəhərinin yol infrastrukturuna ciddi əlavə yük yaratmayacaq. Əksinə, tranzit daşımaların əsasən Bakıdan kənar marşrutlarla həyata keçirilməsi şəhər daxilində nəqliyyat axınının artmasının qarşısını almağa imkan verir''.
Fatimə
“Sabah hansısa əsgərimiz Azərbaycana keçsə, kimi təhvil verəcəyik?” - Paşinyan
“Avtoş” sürücü cərimədən yayınmaq üçün maşın sökdü - VİDEO
Müəllimlər üçün geyim qaydaları və tələblər müəyyənləşdi
Bulvarda 630 minlik "Lamborghini" ilə drift etdi: Qərar verildi
Ara küçələrdə avtomobil saxlayanlara CƏRİMƏ - VİDEO
Polkovnik Əflatun Məmmədov həbs olundu
Ağdamdan Kəlbəcər istiqamətində yeni nəqliyyat xətti formalaşır - VİDEO
Bakıda itə qarşı zorakılıq: Pəncərədən aşağı atıldı - VİDEO
Bəzi yollarda görünüş məsafəsi məhdudlaşacaq
Arı pətəklərindən 90 kiloqramdan çox narkotik çıxdı
Qubada yol çökdü, HƏRƏKƏT VƏ ƏLAQƏ KƏSİLDİ - VİDEO












