"Bakı Metropoliteni" 2024-cü ili 139,6 milyon manat zərərlə başa vurdu

"Bakı Metropoliteni" QSC 2024-cü ili fəaliyyətini 139.62 milyon manat xalis zərər ilə yekunlaşdırıb.
Avtosfer.az QSC-nin hesabatına istinadən xəbər verir ki, bu göstərici 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 81.6% artaraq metronun yığılmış zərəri 3 milyard 109.54 milyon manata çatıb.
Hesabatdan məlum olur ki, 2024-cü ildə şirkətin cəmi gəlirləri 155.66 milyon manat təşkil edib ki, bu da 2023-cü illə müqayisədə 22.4% artım deməkdir. Gəlirlərin artımı əsasən sərnişindaşıma xidmətləri və hökumət subsidiyaları hesabına baş verib. Sərnişindaşıma gəlirləri 100.65 milyon manat, hökumət subsidiyaları isə 50 milyon manat təşkil edib. Digər əməliyyat gəlirləri 5 milyon manat olub və ötən ilə nisbətən 4.4% azalıb.
Eyni zamanda, əməliyyat xərcləri 294.17 milyon manat səviyyəsinə yüksəlib ki, bu da 2023-cü ilin göstəricisindən 44.8% çoxdur. Xərclərin artımında əsas vəsaitlərin dəyərsizləşməsi, əməkhaqqı, elektrik enerjisi, mal-material və texniki xidmət xərcləri önə çıxır. İşçi heyətinə ödənilən məbləğ 86.28 milyon manat, elektrik enerjisi xərcləri 13.93 milyon manat, əsas vəsaitlərin dəyərsizləşməsi üzrə xərclər isə 148.01 milyon manat təşkil edib.
Hesabat dövründə metronun aktivləri 418.82 milyon manat, öhdəlikləri isə 33.29 milyon manat olub. Kapital həcmi isə 385.53 milyon manata düşərək əvvəlki ilə nisbətən 1.1% azalıb.
Bildirək ki, 2024-cü ildə davam edən tikinti layihələrinin həcmi də artıb. İlkin dəyəri 731.41 milyon manat olan tamamlanmamış tikintilər arasında "Xətai-Y20" stansiyası, B3 və B4 tunelləri, Dərnəgül və Xocəsəndə yerləşən elektrik depoları, digər infrastruktur obyektləri yer alıb.
Sürücü parkinqi bağlamağı unutsa nə baş verir? - AYNA-dan açıqlama
Bakının bu küçəsində hərəkət məhdudlaşdırılır
Sürücülərin nəzərinə: Yollar bağlı olacaq - bu saatlara DİQQƏT EDİN!
Bu qurumda yoxlamalar aparıldı
“28 May”da avtobuslar neçə dəqiqədən bir hərəkət edir? - VİDEO
Azərbaycan XİN-dən Fransanın "səyahət xəbərdarlığı"na sərt reaksiya
Bakının daha iki küçəsində avtobus zolağı təşkil edilir - FOTO
Təbrizli döyüşçü xanımdan azərbaycanca mesaj - VİDEO
Yolda düz xətt qırıq xəttə çevrilib, üç nəfər saxlanılıb - VİDEO
İlham Əliyev sosial şəbəkə hesablarında Şamaxı səfəri ilə bağlı paylaşım edib - VİDEO
Məktəblərdə yeni təhsil modelinin tətbiqi şagirdlərə nə qazandıracaq? - AÇIQLAMA











