"Bakı Metropoliteni" Çin bankı ilə əməkdaşlıq perspektivlərini müzakirə edib

"Bakı Metropoliteni" QSC və Çinin "Exim Bank"ı arasında layihələrin maliyyələşdirilməsi, investisiya imkanları və gələcək əməkdaşlıq perspektivləri ətrafında fikir mübadiləsi aparılıb. Avtosfer.az səhmdar cəmiyyətinə istinadən xəbər verir ki, bu barədə müzakirələr metronun İdarə Heyətinin sədri Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyətinin Çinə rəsmi səfəri zamanı aparılıb.
Metropolitendə modernləşdirmə və strateji inkişaf, o cümlədən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə həyata keçirilən səfər çərçivəsində nümayəndə heyəti ilk olaraq Pekin şəhərində bir sıra görüşlər keçirib.
Dünyanın aparıcı siqnalizasiya sistemləri istehsalçılarından olan CRSC (China Railway Signal & Communication) şirkəti ilə keçirilən görüşdə metro xətlərində tətbiq edilən ən son rəqəmsal işarəvermə texnologiyaları, hərəkətin təhlükəsizliyini artıran innovativ həllər və bu istiqamətdə şirkətin uğurla icra etdiyi layihələr müzakirə olunub.
"Bakı Metropoliteni" beynəlxalq təcrübəni tətbiq edərək daha təhlükəsiz, müasir və dayanıqlı ictimai nəqliyyat sisteminin qurulması istiqamətində fəaliyyətini davam etdirir.
Bakıda 16 yaşlı oğlan manatlıq taksidə seksual təzyiqə məruz qalıb?
Bakıda üç metro stansiyası ətrafında yeni yol tikilir
Avtobusda kimlər gedişhaqqı ödəməyə bilər? - "BakuBus"dan AÇIQLAMA
İki marşrutun hərəkət sxemi müvəqqəti dəyişdirilib
Bakı-Xaçmaz yolunda ölüm təhlükəsi: Beton sədd qəza riski yaradır - VİDEO
Bakıda yollardan birində hərəkət məhdudlaşdırılacaq
Aeroporta gedən sürücülərin diqqətinə: Sürət həddi dəyişdirildi - VİDEO
Dövlət əleyhinə çağırışlar edən 7 nəfər beynəlxalq axtarışa verildi
DTX Masazırda avtomobillərin yandırılmasını təşkil edən şəxsi xaricdə yaxaladı
Azərbaycanda polis rəisinin müavini faciəli şəkildə öldü
Bakıda dərs saatının dəyişdirilməsi tıxaca çarə ola bilər? - VİDEO












